Icma.az
close
up
RU
Arvadını döyən şəxsə elektron bilərzik taxıldı Məhkəmə qərarı

Arvadını döyən şəxsə elektron bilərzik taxıldı Məhkəmə qərarı

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakının Xəzər rayonunda 52 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun Binə qəsəbəsində yerləşən “Leon" Şadlıq sarayının qarşısında baş verib. 
Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Azər  boşanma ərəfəsində olduğu həyat yoldaşı Təhminənin evə qayıtması tələbindən sonra sonuncunun ona etiraz etməsini cüzi səbəb kimi qəbul edib. O, ictimai qaydanı kobud surətdə pozub və zərərçəkmiş şəxs ilə mübahisə yaradıb. Arvadını döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Azərin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 1992-ci ildə Təhminə ilə ailə həyatı qurub: “Bu nigahdan 2 övladımız var. Əvvəllər münasibətlərimiz yaxşı olsa da,  sonradan münasibətlərimiz pisləşməyə başladı. Bundan sonra ailəmizdə bir neçə ildir ki, daima söz-söhbətlər olub. Lakin biz 30 ildir ailəli olduğumuz üçün həmişə çalışmışam ki, ailəmi qoruyum, ailəm dağılmasın. Çünki ailəmi müqəddəs bilmişəm. Bundan əlavə həm kənd yerində yaşamışıq, həm də böyük övladlarımiz olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən bir il bundan öncə həyat yoldaşı ərizə ilə məhkəməyə müraciət edib və bundan sonra belə ilkin proses zamanı ailəsi dağılmasın deyə boşanmaqdan imtina edib: “Dedim ki, bəlkə 3 ay müddət ərzində bəlkə barışarıq deyə bu hərəkəti etmişdim. Lakin Təhminənin mənimlə bağlı verdiyi şikayət ərizəsi ilə bağlı bildirəm ki, bu ərizəsi ilə artıq məni şərləməyə doğru gedib. Mən Təhminəni məhkəmədən sonra heç harada görməmişəm və hər hansı bir söz söhbət olmasın deyə heç onların yaşadıqları evə tərəf getməmişəm. Lakin bu insanlar başda da qaynanam olmaq şərti ilə məni şərləyərək həbs elətdirmək istəyiblər. Bir daha qeyd edim ki, Təhminənin barəmdə dedikləri yalandır, şər və böhtan xarakterlidir. Mən Təhminəni nə döyməmişəm, nə də ona hər hansı bir xəsarət yetirməmişəm”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Azər  7 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin yaşadığı ünvanı cəza çəkdiyi müddətdə axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməməsi tapşırılıb. Onun elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək  vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 
Bundan əlavə onun cəza müddətində Lənkəran rayonu ərazisini tərk etməsi qadağan olunub. Məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri