Arvadını tapmaq üçün verlişə gəldi, oğlunun dostu ilə oteldə yaxaladı FOTO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə kişi itkin düşən arvadını oteldə oğlunun dostu ilə bir yerdə tutub.
Milli.Az xəbər verir ki, hadisə İstanbulun Kağıthane rayonunda qeydə alınıb.
Məlum olub ki, 50 yaşlı Nimet Ç. sentyabr ayında 52 yaşlı həyat yoldaşı Rüstəm Ç.-ni tərk edərək evdən uzaqlaşıb və onunla əlaqə kəsilib. Arvadından xəbər ala bilməyən Rüstəm Ç. onu tapmaq üçün bir televiziya proqramına belə çıxıb.
Sonradan müəyyən edilib ki, Nimet Ç. oğlunun 28 yaşlı dostu Mehmet U. ilə birlikdə Kağıthanedə yerləşən bir oteldə qalırmış. Bunu öyrənən Rüstəm Ç. həmin otelə gedib və onları eyni otaqda tutub. Hadisədən sarsılan kişi arvadını döyüb, Mehmet U.-nu isə bıçaqla yaralayıb.
Bildirilib ki, hər iki şəxs yüngül xəsarət alıb. Hücumu törədən Rüstəm Ç. isə polis tərəfindən saxlanılıb. Onun əvvəllər də 23 müxtəlif cinayətə görə məsuliyyətə cəlb olunduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 21 Noyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















