Arvadını valideynlərinin gözləri qarşısında bıçaqlayan şəxsə CƏZA VERİLDİ
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İbrahim Əbilovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 11 mart 2023-cü il tarixdə, saat 01 radələrində Gəncə şəhəri ərazisində qeydə alınıb.
Belə ki, İbrahim Əbilovun qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı zərərçəkmiş Günay Dəmirova (adı, soyadı şərtidir) valideynləri ilə birlikdə onun yaşadığı evin qarşısına gəlib. Hadisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək səs-küy salıb və cəmiyyətdə bərqərar olmuş davranış qaydalarını qəsdən pozub.
Daha sonra İbrahim üzərində olan ov bıçağını silah qismində tətbiq edərək xuliqanlıq edib. Təqsirləndirilən şəxs xüsusi amansızlıqla Günayın valideynlərinin gözü qarşısında ona bir dəfə bıçaqla zərbəsi vuraraq xəsarət yetirib. Bu xəsarətlər həyat üçün təhlükəli olub və sağlamlığa ağır zərər vurmaqla nəticələnib.
Hadisədən sonra İbrahim Əbilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)
Bizim.Media
Baxış sayı:32
Bu xəbər 18 Dekabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















