Icma.az
close
up
RU
Arxeologiya və Antropologiya İnstitutu ilə IIKAS arasında birgə layihələrin icrası barədə razılıq əldə olunub AZƏRTAC

Arxeologiya və Antropologiya İnstitutu ilə IIKAS arasında birgə layihələrin icrası barədə razılıq əldə olunub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 27 dekabr, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IIKAS) direktoru Evren Rutbillə görüşüb.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Görüşdə Fərhad Quliyev diqqətə çatdırıb ki, rəhbərlik etdiyi institutun Mərkəzi Asiyanın və ümumilikdə Türk dünyasının elmi mərkəzləri, o cümlədən IICAS ilə əməkdaşlığının tarixi vardır. İnstitut əməkdaşları türk respublikalarında keçirilən elmi konfrans və simpoziumlarda, birgə arxeoloji tədqiqatlarda iştirak ediblər. Cari ilin sentyabr ayında Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) birinci toplantısı Beynəlxalq Türk Akademiyası, Arxeologiya və Antropologiya İnstitutu və Türk Dövlətləri Birliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilib.

Qeyd olunub ki, IIKAS-ın keçmiş direktoru, hazırda Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevlə birgə sürülmüş təşəbbüsə əsaslanaraq institut qarşıdakı illərdə müştərək tədqiqatları aparmağı planlaşdırır. Eyni zamanda, bir sıra türk respublikalarının arxeoloji tədqiqat mərkəzləri ilə əməkdaşlıq memorandumu imzalanıb. Bu kontekstdə Fərhad Quliyev belə bir təklif irəli sürüb ki, qarşıdakı illərdə Türk-İslam arxeologiyası istiqaməti üzrə IICAS ilə əməkdaşlıq gündəmə çıxarıla bilər.

Evren Rutbil Arxeologiya və Antropologiya İnstitutunun apardığı elmi-tədqiqat işlərinin müstəqil və türk respublikaların elmi dairələrində məlum olduğunu vurğulayıb.O, IICAS-ın türk respublikalarının elmi müəssisələri ilə birgə qrant layihələrini də maliyyələşdirdiyini bildirib, elmi müəssisə və şəxslərin IIKAS-a qrant layihəsi təqdim etməsinin mümkünlüyünü deyib. Eyni zamanda, IIKAS-ın arxeoloji texnologiya üzrə gənc alimlərin ixtisaslaşmasının təşkili istiqamətində də imkanlara sahib olduğu qeyd edilib.

Görüşdə yaxın gələcəkdə AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə IIKAS arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin icrası barədə yekdil razılıq əldə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see143

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see142

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see141

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see134

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see132

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see131

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see130

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see128

“Hicab artıq məcburi deyil” − Bahoner

04 Oktyabr 2025 19:47see127

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see126

Yurdumuzun geotermal enerji potensialı

04 Oktyabr 2025 10:08see125

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see123

ABŞ və İsrail İrana hücum edəcəklərini deməklə... Nəsirzadə

05 Oktyabr 2025 01:39see123

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see122

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see121

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see120

Tibbdə YENİLİK: Sümük snıqlarını 3 dəqiqəyə sağaldan gel hazırlandı

04 Oktyabr 2025 23:08see119

Marketlərdən bu məhsulları almayın Ekspertdən xəbərdarlıq

04 Oktyabr 2025 19:00see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri