Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq standartlara uyğun elmi jurnallar nəşr edəcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
“AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq standartlara uyğun olaraq, Azərbaycan və ingilis dilində iki elmi dövri jurnalın nəşri işlərinə başlama ərəfəsindədir. Əminik ki, elmi jurnallarımız dünya arxeoloji elmi jurnalları sırasında layiqli yerini tuta biləcək”.
AZƏRTAC xəbər verir ki, bunu institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada söyləyib.
Direktor çıxışında, həmçinin institutun gənc kadrların cəlb edilməsi işində gördüyü işlərə diqqət çəkib. O qeyd edib ki, gənc kadrların cəlb edilməsi üzrə müvafiq dövlət orqanları ilə konseptual tədbirlər planının hazırlanması prioritet məsələlərdən biridir. Bu kompleks plan gənc kadrların arxeologiya və antropologiya elminə cəlb edilməsi üçün stimulların formalaşdırılması, müasir elmi texnologiyalara yiyələnmək üçün onların xarici ölkələrdə xüsusi təlimlərə ezam olunmasına ehtiva edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 May 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















