Icma.az
close
up
RU
Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada yerləşən Nazarbayev Universitetində Ə.X Marqulan adına Arxeologiya İnstitutu tərəfindən keçirilən “Avrasiyanın böyük çöl kəməri: zaman və məkan üzrə mədəniyyətlərin transformasiyası” adlı II Beynəlxalq Arxeoloji Simpoziumda AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri Azad Zeynalov, Dmitri Kiriçenko və Yaqub Məmmədov iştirak ediblər.

Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilb ki, simpoziumda Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Rusiya, Çin, Almaniya, Fransa, İsrail, ABŞ, Böyük Britaniya və digər ölkələrdən 150-dən çox tədqiqatçı iştirak edib.

“Mağaralar Avrasiyanın daş dövrü arxeoloji arxivləri kimi” adlanan birinci paneldə çıxış edən dosent Azad Zeynalov Qarabağdakı Tağlar mağarasında aparılan Azərbaycan–Yaponiya birgə beynəlxalq arxeoloji ekspedisiyasının nəticələri, Azıx mağarasında Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq ekspedisiyaları tərəfindən aparılan tədqiqatlar barədə məlumat verib.

“Çöl sivilizasiyası fenomeni: hakimiyyət, cəmiyyət və mədəni transformasiyalar" mövzusunda keçirilən üçüncü panel sessiyasında dosent Dmitri Kiriçenko "Cənub-Şərqi Azərbaycandan silindrik və möhür-ştamplar"mövzusunda məruzə ilə çıxış edib. O, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan Erkən Dəmir dövrünə aid artefaktları təhlil edərək, həmin nümunələrin Anadolu, İran, Şimali Mesopotamiya və Cənubi Levantda aşkar edilmiş oxşar əşyalarla paralellər təşkil etdiyini vurğulanıb.

“Damcılı mağarası: Cənubi Qafqazda unikal daş dövrü abidəsi” mövzusunda məruzə edən Yaqub Məmmədov Damcılı mağarasının - Azərbaycan ərazisində qeydə alınmış və öyrənilmiş ilk Paleolit abidəsinin yalnız qeyd olunan dövrün öyrənilməsi baxımından deyil, həm də Cənubi Qafqaz regionunda Mezolit–Neolit keçidini, istehlak təsərrüfatından istehsal təsərrüfatına keçidi, bu iki təsərrüfat qrupları arasında sosial-mədəni əlaqələrin araşdırılması baxımından imkanlarını qeyd edib.

Simpozium çərçivəsində, həmçinin “Ə.X.Marqulan adına Arxeologiya İnstitutunun nəşrləri (2021–2025)” adlı kitab sərgisi və “Zamanla dialoqda” adlı fotosərgi təşkil olunub. Simpoziumun sonunda III Beynəlxalq Arxeoloji Simpoziumun 2029-cu ildə təşkili qərara alınıb. Aparılan müzakirələr çərçivəsində Azərbaycan nümayəndə heyətinin təklifi ilə Paleolit dövrünə həsr olunacaq ilk bölmənin "Tarixdən qabaqkı dövrdə insanların miqrasiya prosesləri və adaptasiya" adlandırılması layihəsi yekdilliklə qəbul edilib.

Sonra Qazaxıstan Respublikası Prezidentinin Mərkəzinə və Qazaxıstan Respublikasının Milli Tarix Muzeyinə konfrans iştirakçılarının ekskursiyası təşkil olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri