Icma.az
close
up
RU
“Arxı hoppanmamış, bərəkəllah istəyir, “Şahnaz” muğamını Nəfəs nə vaxt tanıdıb ki?” Əməkdar artist ƏSƏBLƏŞDİ FOTO+ÖZƏL

“Arxı hoppanmamış, bərəkəllah istəyir, “Şahnaz” muğamını Nəfəs nə vaxt tanıdıb ki?” Əməkdar artist ƏSƏBLƏŞDİ FOTO+ÖZƏL

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Bir neçə gündür müğənni Nəfəsin “Şahnaz” muğamı oxuyub-oxuya bilməməsi haqda müzakirələr gedir. Biz demirik ki, Nəfəs muğam oxuya bilməz. Adam bir işi görər, sonra danışar. Təyyar Bayramov da deyir ki, qulaq asmışam, Nəfəsin səsi çatır. Bu mövzunu tez-tez gündəmə gətirməklə nə Nəfəs “Şahnaz” muğamı oxuyan deyil, nə də gedib öyrənən deyil. Çünki vaxtı olmayacaq. Yalandan gedib səsi göstərməklə deyil. Əgər bir işi görürsənsə, gətir sübut et ki, öyrəndim və gördüm”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib.

O daha sonra əlavə edib:

“Hansısa bir estrada müğənnisi gəlib muğam oxuyursa, muğama müraciət edirsə, bunun nəyi pisdir ki? Muğam bizim ana laylamızdır, kökümüzdür, sərvətimizdir. Düşüblər təkcə “Şahnaz” muğamının üstünə. “Şahnaz”-dan başqa muğam yaxud mahnı yoxdur? Sonra da deyirlər ki, “Şahnaz” muğamını Nəfəs tanıtdı. Həmkarım, istedadlı müğənni Taleh Yəhyayev bununla bağlı verilişlərdən birində çox gözəl sözlər deyib. Onun fikirləri ilə razıyam. “Şahnaz”-ı Nəfəs nə vaxt tanıtdı? Oxudu ki, tanıtsın da? Bu muğamı bizim korifey sənətkarlarımız ifa ediblər. Belə olmaz. Efirə çıxana deyirlər ki, “Şahnaz” muğamı oxu. Bu mövzuya birdəfəlik son qoyulmalıdır. Nəfəs gedib muğamı öyrənsin, gəlib oxusun və biz də efirə çıxıb deyək ki, biz gedirik, qoy o oxusun. Bəyəm Röya, Aygün Kazımova muğam oxumayıb? Onlar da oxuyublar da. Röya birinci konsertində tar, kamança və əlində də qavalla gözəl muğam oxudu. Aygün Kazımova da həmçinin. Amma onlar heç vaxt fəxr etməyiblər ki, biz muğam oxumuşuq. Onlar bunu göstərdilər ki, muğam bizim kökümüzdür və bunu oxuya bilirik. Nəfəs arxı hoppanmamış, bərəkəllah almaq istəyir. Bir arxı hoppan, sonra danış. Muğam azaddır. Kim istəyirsə gəlib öyrənir”.

Əməkdar artist daha sonra “Şahnaz” muğamını ən yaxşı təqdim edən sənətkarlardan danışıb:

“Korifey sənətkarlardan “Şahnaz” muğamının ən gözəl nümunələrini Xan Şuşinski və Sara Qədimova yaradıb. Onların oxuduğu “Şahnaz” tam başqa idi. Təvazökarlıqdan uzaq olmasın, müasir dövrdə bu muğamı ən yaxşı xalq artisti Gülyanaq Məmmədova ilə mən oxumuşam. “Şahnaz”ın bir şöbəsi var- “Şəddi Şahnaz”.. Bu şöbəni ifa edəndə ustadımdan xoş söz eşitmişəm”, - deyə xanəndə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri