Icma.az
close
up
RU
“Bu məqam Qurban Qurbanovu narahat edə bilər, etməlidi” Tural Əsgərov

“Bu məqam Qurban Qurbanovu narahat edə bilər, etməlidi” Tural Əsgərov

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında verdiyi açıqlamalarla ölkə futbolunda yeni gündəm yaratdı.

"Football-plus.az" xəbər verir ki, o, futbolçulara istədiklərindən aşağı məbləğdə təklif gəldiyini, əcnəbi menecerlərin futbolçuların “başını yediyini”, yoldan çıxardığını vurğuladı, heyəti qorumaqda çətinlik çəkdiyini gizlətmədi. Ağdamlılar onsuz da çempionatla liderliyi əldən verib, indi zirvədə “Sabah” qarşılaşıb. Amma işin daha qorxunc tərəfi var: aparıcı oyunçular “Qarabağ”dan ayrılacaqsa, deməli, çempionun Çempionlar Liqasında növbəti mərhələyə adlamaq şansı da minimuma enəcək.
Bəs menecerlərin belə davranış yəni “Qarabağ”ın başı üzərindən futbolçuları tovlamağa çalışması nə dərəcədə düzdün, etikaya uyğun davranışdı? “Qarabağ” ətrafında nə baş verir, bu məsələ necə tənzimlənə bilər?
Bu sualların cavabını məhz menecerdən - Tural Əsgərovdan soruşduq:

“Bu, bütün dünya klubları üçün keçərlidi ki, futbolçuları diqqəti çəkəcək, maraqlananlar olacaq və aldığı maaşdan daha yaxşı pul təklif olunacaq. Futbolçu da əksər hallarda belə təklifə razılaşır. Buna maraqların toqquşması deyirlər. Klub da çətin vəziyyətə düşməkdən “sığortalanmayıb”. Qaydalar belədi ki, klub futbolçuya “elçi düşərkən” ilk növbədə onun klubu ilə danışmalıdı, razılığa gəlməlidi. Bundan sonra şərtləri futbolçu və ya agenti ilə danışmalıdı. Amma bu qanun işləmir. Demək olar ki, mümkün deyil. Heç bir klub oyunçunun fikrini bilmədən başqa klubla danışıq aparmayacaq. Hər şey əksinə olur. İndi agentlər oyunçu ilə danışandan sonra klubu ilə danışıqlara keçirlər. Futbolçu da onu istəyən klubun tərəfində olur. Bu məqam Qurban Qurbanovu narahat edə bilər, etməlidi də. “Qarabağ” da, digər klublar da futbolçu alarkən eyni prinsipə əməl edirlər, etməlidi də. Çünki qaydalarda göstərilən kimi olsa, yəni klubdan icazə alıb, razılaşıb sonra futbolçu ilə danışıq aparılsa, mümkün ola biləcək transferlərin də böyük faizi mümkünsüzə çevriləcək. Klub bəlkə də kimisə satmaq istəmir, amma oyunçu getmək istəyir. Buna görə də futbolçunun agenti ilə danışmaq məcburiyyətində qalırlar. Bunu kluba hörmətsizlik kimi dəyərləndirməyin əleyhinəyəm. Çünki futbolçunun əlindəki müqavilə ona ciddi səlahiyyət verir. Ola bilər ki, klub satmaq istəməsin. Şəxsi fikrim budu ki, FİFA-nın qaydalarındakı müəyyən maddələr, insan hüquqları klubun hansısa oyunçunu “müqaviləsi var, satmıram” deməsi, saxlamaq istəməsi düzgün deyil. Müqaviləyə görə müəyyən məbləğ tələb edə bilərsən. Məbləğ adekvatdı, yoxsa məntiqlidi deyil - bu da başqa mövzudu. Klubun satmamaq istəyi maraqların toqquşmasıdı. Çünki futbolçu da getmək istəyir. Küsəcək, motivasiyasına təsir edəcək. Təəssüf ki, bunlar qaçılmazdı. Qurban müəllimin dediyi bir fikirlə razılaşmalıyam. Deyir ki, transfer etmək istəyən klublar oyunçuya yaxşı şərt təklif etsə də, kluba aşağı məbləğ təklif olunur. Alan klub başa düşür ki, məsələn, futbolçu 300 min qazanırsa, heç 350 minə də razılaşan deyil. Ona görə də ən azı 20-30 faiz daha artıq maaş təklif edir. Kluba edilən təklifin isə müqayisəsi yoxdu. Məsələn, “Neftçi”dən futbolçu almaq istəyirəm. Bazar qiyməti deyilən bir şey yoxdu. “Neftçi” İqor Ribeyronun transferindən çalışacaq ki, çox pul qazansın, onu almaq istəyən klub isə az məbləğ ödəməyə çalışacaq. Bu ciddi müzakirə mövzusudu. Bəzi hüquqşünaslar bu məsələni qabardır, FİFA nizamnaməsinin nizamlanmasını istəyir. Adi həyatda bir insan işlədiyi işi rahatlıqla dəyişə bilər. Amma futbolda belə deyil. Belə qayda olsa, agentlər, futbolçular, klublar bundan yararlanmağa çalışacaq. Bu məsələ gedir. Ola bilər ki, uzun olmayan müddətdən sonra bu qayda qüvvəyə minsin. Bu məsələdə həmişə narazı, inciyən, küsən tərəf olacaq. Çünki qaydalarda konkretlik yoxdu. Ədaləti nizamlamaq deyə bir şey də yoxdu. “Qarabağ”ın çətinliyi ikiqatdı. Status məsələsi də önəmlidi. Başqa ölkələrin klubları Azərbaycandan bir futbolçu almaq istəyəndə bizim bazarı ucuz qiymətləndirir. “Qarabağ”dan futbolçu almaq istəyir, ağdamlıların 2-3 milyon pul tələb etdiyini görəndə təəccüblənirlər. Hətta Şərqi Avropada, Polşada o futbolçu səviyyəsində başqa birinin qiyməti iki-üç dəfə baha olur. Buna hazır olurlar. Azərbaycanda çıxış edən futbolçu da bunu başa düşmək istəmir. İzah etmək olmur ki, səni 1 milyona istəyirlər, amma sənin səviyyəndə futbolçunun Polşada qiyməti 3 milyondu. Bu məqam futbolçuya kobud dildə desəm, maraqlı deyil”.


MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Dekabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see167

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see165

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see155

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see139

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see138

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see138

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see134

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri