Icma.az
close
up
RU
Arxipelaq QULAQ: sovet repressiyalarının ifşasına həsr olunan əfsanəvi hekayə...

Arxipelaq QULAQ: sovet repressiyalarının ifşasına həsr olunan əfsanəvi hekayə...

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Qərbdə onun bu əsəri qəhrəmanlıq nailiyyəti kimi dəyərləndirilib..."

Rus yazıçısı və siyasi dissidenti Aleksandr Soljenitsın sovet əmək düşərgələri mövzusuna toxunmaqla böyük bir bədəl ödəyib.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "Smithsonian" nəşri yazıb.

Bu mövzu ona ölkədən qovulmaq və vətəndaşlıqdan məhrum olmaqla nəticələnib. Lakin Qərbdə onun bu işi qəhrəmanlıq nailiyyəti kimi qiymətləndirilib.

1973-cü ildə nəşr olunan "Arxipelaq QULAQ" kitabı böyük mənada müəllifi olan Aleksandr Soljenitsının düşərgə təcrübəsinə əsaslanıb. Bu kitab ona yalnız ölkədən qovulmaq deyil, həm də iyirmi il müddətinə vətəndaşlıqdan məhrum olmaq kimi ağır nəticələrə səbəb olub.

1973-cü ilə qədər Aleksandr Soljenitsın artıq "The New York Times"-ın yazdığı kimi, "mövcud rus yazıçılarının ən görkəmlilərindən biri" hesab edilib.

Onun "İvan Denisoviçin bir günü" daxil olmaqla romanları xüsusən Qərbdə yaxşı qarşılanıb. 1970-ci ildə isə o, "Rus ədəbiyyatının dəyişməz ənənələrinə mənəvi güclə sadiq qaldığına görə" ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Lakin 1973-cü il  dekabrın 28-də Parisdəki "YMCA-Press" nəşriyyatı tərəfindən çap edilən "Arxipelaq Qulaq" əsəri xüsusi bir yer tutur. Soljenitsın bu əsəri öz həyatının əsas işi adlandırıb.

Sovet əmək düşərgələrindən bəhs edən 300 min sözlük bu geniş həcmli əsərdə şəxsi təcrübə, tarix və ədəbiyyat bir-birinə qarışıb. Lakin bu qadağan olunmuş mövzuya toxunmaq Soljenitsına baha başa gəlib.

Soljenitsının sovet hakimiyyəti ilə problemləri 1945-ci ildə başlayıb. O zaman İkinci Dünya müharibəsi sona yaxınlaşırdı və Soljenitsın Şərqi Prussiyada xidmət edirdi.

Həmin vaxt o, kommunist ideologiyasına sadiq olub, partiya biletinə sahib olub və döyüşdə göstərdiyi qəhrəmanlığa görə mükafat alıb. Lakin sovet kəşfiyyat orqanı olan SMERŞ-in agentləri 26 yaşlı Soljenitsını bir dostuna yazdığı məktubda İosif Stalin haqqında hörmətsiz ifadələr işlətməsi səbəbindən həbs edib.

Məhkəmə onu SSRİ-nin sərt rejimli əmək düşərgələrinin geniş şəbəkəsində səkkiz il həbs cəzasına məhkum edib. Soljenitsın bu düşərgələri sonradan "Arxipelaq QULAQ" adlandıraıb.

“Bu arxipelaq digər bir ölkəni qarışıq xətlərlə bəzəyib, onun şəhərlərinə daxil olub, küçələrində hökm sürüb. Amma bəzi insanlar heç bir şeydən şübhələnməyib, yalnız orada olanlar hər şeydən xəbərdar olub", - Soljenitsın 1958-1968-ci illər arasında üzərində işlədiyi kitabın ön sözündə yazıb.

Soljenitsın hesab edib ki, QULAQ sistemindən yazmaq qadağandır, çünki sovet hakimiyyəti onun mövcudluğunu inkar edib və ya gizlədib.

İslah-əmək düşərgələri SSRİ-də hələ 1919-cu ildə Vladimir Leninin dövründə yaranıb, lakin məhbusların sayı İosif Stalinin hakimiyyətə gəlməsi ilə milyonlara çatıb. Stalinin dövründə ziyalılar, dissidentlər, hərbi əsirlər, zəngin kəndlilər və adi vətəndaşlar tez-tez təqiblərə, həbslərə və təmizləmələrə məruz qalıb.

Üçcildlik "Arxipelaq QULAQ”da Soljenitsın sovet həbsxana sisteminin həbsdən işgəncələrə, edamlara, aclığa və düşərgələrdəki ağır əməyə qədər hərtərəfli tarixini təqdim edib. O, şəxsi təcrübəsinə və yüzlərlə sağ qalan məhbusla müsahibələrə əsaslanıb. "The New York Times" bu əsəri "qəhrəmanlıq nailiyyəti" adlandırıb.

Lakin sovet hakimiyyəti bu kitaba Soljenitsının QULAQ sistemini Stalinin dövrünün bir səhvi deyil, sovet ideologiyasının çürümüş əsasına qədər kök salmış bir mexanizm kimi təsvir etməsinə görə mənfi reaksiya verib.

“Arxipelaq” dərc edildikdən sonra Soljenitsın SSRİ-dən qovulub və vətəndaşlıqdan məhrum edilib. O, əvvəlcə Qərbi Almaniyaya gedib və müharibədən sonrakı dövrün aparıcı alman yazıçısı Henrix Böllün evində yaşayıb.

Bir müddət Sürix və Kanadada yaşadıqdan sonra ailəsi ilə birlikdə Vermont ştatının Kavendiş kəndinə köçüb. O, sürgündə olmasına baxmayaraq, Dartmut Kollecinin geniş kitabxanasından istifadə edərək, Rusiya inqilabı haqqında çoxcildlik epik roman olan “Qırmızı Çarx” üzərində işləyib.

Soljenitsın sovet tarixini araşdırmaqdan və avtoritar hakimiyyəti tənqid etməkdən heç vaxt əl çəkməyib. O, həmişə 1945-ci ildə başlayan uzun sürgündən vətənə qayıtmağa ümid edib. Bu, onun haqqında "qapını həmişəlik bağladılar" yazdığı zamana təsadüf edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri