Icma.az
close
up
RU
Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Tel­man Oru­cov yazır

Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Tel­man Oru­cov yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Maddi rifah və təhsil arxitekturası maarif, sağlamlıq, ictimai mühafizə və digər faydalı məşğuliyyətlər üçün olan binalar tikirdi. 

Daha sonra isə kommersiya və sənaye arxitekturası meydana gəldi. Pul dəyişmək, nəqliyyat,  kommunikasiya, manufaktura binaları ticarətin və sənayenin ehtiyaclarını ödəməyi nəzərdə tuturdu.

Arxitekturanın planlaşdırılması bəşər varlığının müxtəlif fiziki ehtiyaclarına xidmət edirdi. Bunun üçün xüsusi tikintilərin olması tələb olunurdu. Buna həm də ətraf mühitin planlaşması daxil idi.

Arxitektura tarixi, onda müxtəlif ənənələrin, regionların tələblərinin, alaqapı tipli stilistik meyllərin və digər dəyişikliklərin təsirinə məruz qalırdı. Əsas səbəb isə bütün ərazilərdə mövcud olan tikililərin insanların sığınacağa və qorunmaya olan tələbatının ödənilməsindən irəli gəlmişdi. Ona görə də arxitektura terminində əsasən tikililər nəzərdə tutulurdu. Onun mahiyyəti isə, əlbəttə, daha genişdir, buraya xüsusi praktiki məqsədlər üzrə sahələr - urbanizasiya (şəhər salma təcrübəsi), mülki mühəndislik, dənizçilik, hərbi və mənzərə arxitekturaları daxildir. İlk şəhərsalma təcrübəsi insanların təbiətə əsaslı düzəlişlər verməsindən xəbər verir. Landşaft arxitekturası Fransada, İngiltərədə və Yaponiyada daha çox inkişaf etmişdir. Bu ölkələrdəki parklar, bağlar yaşayış məkanlarına xüsusi gözəllik verir. Nyu Yorkdakı Sentral park qarağac novünün iri çətiri ilə adamı heyran etməklə yanaşı, çox iri sahədə yeləşir və şəhər sakinlərinin əsl istirahət məkanına çevrilmişdir. Mexikodakı Çapultepek parkı 30 kilometrə qədər uzanır, onu həm də keçmiş kral sarayında yerləşən Milli Tarix muzeyi və dünyada təkrarı olmayan Antropoloji muzey bəzəyir. Yaponiya bağları öz xüsusiyyətinə görə Avropadakılardan tam fərqlidir, burada əsas diqqət daşa, suya, estetik mənzərəyə verilir, onlarda meyvə ağaclarına və gül kolluqlarına rast gəlinmir, yalnız bir iynəyarpaqlı ağac oraya məxsus olan gözəllik elementi rolunu oynayır.

Arxitekturanın tarixi mərhələləri

Son üç əsr ərzində texnoloji yeniliklərin nəticələri, tikintiyə möhkəmlik və yaraşıq verən betonun və şüşənin yaxşılaşdırılması və onlardan geniş istifadə, yeni arxitektura növlərinin meydana gəlməsinə səbəb olmuşdur. Arxitektura daim gələcəyə istiqamətlənməklə, ənənəni qoruyub saxlamaqla yanaşı, keçmişi müəyyən ölçüdə inkar etməkdən də çəkinməmişdir. Lakin bütövlükdə arxitektura böyük inkişaf yolu keçmiş, öz nümunələri ilə şəhər mənzərəsini xeyli zənginləşdirməyə nail olmuşdur.

Arxitekturanın başlanğıcı və inkişafı Neolit dövrünün (b.e.ə. 10.000-2.000-ci illər) mühüm hissəsi olmaqla, bəşər tarixinin ciddi yenilikləri kimi yadda qalmışdır.

Bitkilərin becərilməsi və heyvanların əhilləşdirilməsi adamlar arasında yeni iqtisadiyyatın və yeni münasibətlərin bərqərar olmasına aparıb çıxardı. İcmaların həcminin böyüməsi və daimi olması ilə yanaşı, maddi mədəniyyət də iti sürətlə inkişaf etdi və bu icmalarda adamlar birgə yaşamağa qadir oldular. Yeni həyat tərzi və fərqli iqtisadiyyat üçün həm də tikililərin mövcudluğu tələb olunurdu və bu, baş verən dəyişikliyin vacib elementinə çevrildi.

Mesopotamiyada Assuriya sarayları geniş ölçülərə malik idi və onlarda ziyafət zalları da var idi. Şumerdəki Uruk böyük şəhər olmaqla, orada həm də bir sıra dini məbədlər var idi. Ur şəhərindəki Zikkurat isə iri bir sahəni tutmaqla, 12 metr hündürlüyündə idi, sonralar isə onun ucalığı yeddi mərtəbə hündürlüyünə çatdı.

Sonralar Asiyada yaradılan şəhərlər gözəlliyi ilə seçilirdi. Nabuhodonosor b.e.ə. VII əsrin sonunda Assuriyanı məğlub edərək, Köhnə Babilistanın yerində Yeni Babilistanı yaratmış, onun paytaxtı Babil şəhərini bərpa edərək və yenidən quraraq əslində o dövrdəki dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdi. Babil sonralar ingilis Tomas Morun "Utopiya" əsərində təsvir etdiyi şəhərə bənzəyirdi, abad yaşayış evlərinə və möhtəşəm ictimai binalara malik idi. İlahə İştarın şərəfinə tikilən eyni adlı qapı Marduk məbədinə gedən yolun başlanğıcı idi. Qapı qlazur (şirəli) səthli kərpiclərdən tikilmişdi və lövhələrdə real və mifik heyvanlar təsvir olunurdu. Ecazkar  İştar qapısı, hazırda Berlin muzeyində saxlanılır.

Bibliya yəhudilərin Babil əsirliyini və Yerusəlimin, oradakı Solomon məbədinin dağıdılmasını əsas götürərək, bu gözəl şəhəri yalnız qüsurlar məkanı kimi təqdim edir və milli nifrət zəminində ədalətsiz olaraq Babili lənətləməklə, şəhərə də, onun təqsiri olub, olmadığını nəzərə almadan, qəzəb hissləri yağdırır. Haqsız ifşa isə əslində tarixi həqiqəti də inkar etməklə, reallığa məhəl qoymamaqdan, tam şəkildə təhrifə yol verilməsindən başqa bir şey deyildir.

Qlazur bəzəkləri sahəsində Babil ənənələri heç də bütünlüklə itmədi, Avropanın və Asiyanın şəhərlərində geniş istifadə olundu. Əmir Teymur Səmərqənd şəhərini tikərkən mədrəsə binalarının yerləşdiyi Registanda tikililəri rəngkarlıq sərgisinə bənzətmişdi. Onun öz mavzoleyi olan Qur-Əmirdə (Gor- Əmirdə) böyük qübbə də mavi şirəli bəzəklə örtülmüşdür. İspaniyanın tabeliyində olan Portuqaliya şəhərlərində də qlazurdan olduqca geniş bəzək materialı kimi istifadə olunmuşdu. İspaniyanın müstəmləkəsi olan Niderlanddakı şəhərlərdə də qlazur örtüyə binaların fasadında rast gəlinir.

Qədim Misirdə monumental tikililər arxitekturanın xeyrinə olduqca böyük xidmət göstərdi. Əvvəllər bu ölkədə faraonu dəfn etmək məqsədilə mastaba tipi yaranmışdı, sonra isə piramidalar meydana gəldi. Sonuncunun ilk nümunəsi b.e.ə. XXVIII əsrdə tikilmiş Coser piramidası idi. Gizadakı ən böyük piramida, faraon Xufu tərəfindən b.e.ə. 2589-2566-cı illərdə tikilmiş Xeops piramidası qədim dünyanın möcüzəsi olmaqla, piramidalar arasında da onların ən nəhəngi idi. Onun hündürlüyü 147 metrə çatırdı və tikintisinə 6 milyon tondan yuxarı daş bloklar sərf olunmuşdu. Piramida Günəşin şüalarının Yer üzünə düşməsini yada salırdı.

Piramidaların tikintisi həm də mühəndislik işini xeyli irəli aparmışdı. İnşaatçılar ağır daş blokları öz fiziki qüvvələrinin və ağac dirəklərin köməyi ilə, həm də su yolundan istifadə etməklə karxanalardan daşıyıb şaquli qalxan tikintidə istifadə etmişdilər. Qədim Misir arxitektura abidələri içərisində həm də çox sayda obelisklər seçilir. Onlar, faraonlar üçün hakimiyyət simvolu hesab olunurdu. Sonrakı işğalçılar bu hündür, karandaş tipli qüllələrə valeh olduqlarından, onları söküb, öz paytaxtlarına daşıyıb, orada ucaldırdılar. Romada Yuli Sezarın işğalı nəticəsində, Parisdə isə Napoleonun qarəti hesabına Misirə məxsus olan obelisklər ucaldılmışdı. Vaşinqtonda isə misirlilərin obelisk ənənəsi başqa şəkildə, president Corc Vaşinqtonun şərəfinə tikilmiş kompleksi tamamaqla, ucalığı ilə seçilir, baxmayaraq ki, müzakirə vaxtı bir konqresmen obeliskin ən böyük hündürlüyünün də mərhum prezidentin mənəvi ucalığı plankasına uyğun gələ bilməyəcəyini bəyan etmişdi.

Arxitektura binaya, tikintiyə dizayn verməklə yanaşı, göründüyü kimi, çox sayda qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün mühəndislik elminin və praktikasının inkişafına da böyük təkan vermişdi.

Qədim Misir kimi Mərkəzi Amerikada da - Meksikada mayya kimi yaranan tam fərqli sivilizasiya da piramidalar tikirdi. Onların ən böyüyü Yukatan yarımadasındadır, Mexiko şəhəri ətrafında da piramida ucalır. Qədim Misir məbədləri də, piramidalar kimi həmçinin monumental abidə nümunələri idi. Onların qalıqları Luksorda, Abu Simbeldə mövcuddur. Misirlilər, çox işlətdikləri qraniti kəsmək üçün korunddan istifadə edirdilər, bununla da onlar təbiətlə üzvi cəhətdən bağlı olduqlarını göstərirdilər.

İlk hind sivilizasiyası Mahenco -Daroda və Harappidə meydana gəlmişdi. Buradakı abad şəhərlər urbanizasiya planlaşmasına malik idi, onlarda drenaj və su təminatı sistemləri mövcud idi. Bu şəhərlərdə 30-60 min sakin yaşayırdı, bütöv sivilizasiya isə 1,5 milyon fərddən ibarət idi. B.e.ə. III əsrdə çar Aşokanın dövründə şəhərlər daha da inkişaf etmiş, ölkədə dünyadakı ilk universitet meydana gəlmişdi. Təəssüf ki, XVI əsrdə Hindistanı işğal edən Babura subkontingentin bitki aləmi, yaşıllığı və insanları xoş gəlmədiyindən, öz əsəri olan "Baburnamə"də ölkəni tutqun boyalarla təsvir etmişdi.

B.e.ə. V əsrdə Afinada Klassik Era irəliləməyə başladı, burada Qərb anlamında arxitektura kimi tanınan fəaliyyət növü meydana gəldi. Afinalılar özündən min il əvvəl mövcud olmuş, inkişafı ilə seçilən Minoy sivilizasiyası irsi ilə də tanış idi. Bu şəhərdə arxitekturanın özü sivilizasiyanın ciddi bir amili idi. Afina, münbit torpaqları olan Attikada yerləşən şəhər-dövlət olduğuna görə, bu cəhət onun sakinlərinə nisbətən firavan həyat bəxş edirdi.

Qədim yunanlar həm də tikintidə gözəllik nümunələri yaratmağa cəhd etdilər. B.e.ə. II minillikdə meydana gələn Minoy mədəniyyəti ilə digər yunan mədəni inkişaf nümunələri arasında elə bir fərq yox idi. Onlar akveduk tikib, suyu uzaq məsafədən gətirməklə, evləri təmiz və təzə içməli su ilə təmin edirdilər. Krit adasındakı Knossos sarayında su təminatı ilə yanaşı, kanalizasiya da mövcud idi. Avropada isə buna 3 min il sonra, yalnız XVI əsrdə nail olunmuşdu. Burada minoylular tam rahat şəraitdə yaşayırdılar. Adada kritlilər Minoy çarları üçün gözəl saraylar tikirdi. Təəssüf ki, az sonra Santarini adasında baş verən güclü zəlzələ yüksək inkişaf etmiş Minoy sivilizasiyasını məhv etmişdi.

Lakin qədim yunanlar materikdə də çiçəklənən sivilizasiya yaratmağa qadir oldular. B.e.ə. V əsrdə Afina elm, incəsənət, heykəltaraşlıq və arxitektura sahəsində görkəmli nailiyyətlər qazandı. Akropoldakı Parfenon məbədi şəhərin hamisi sayılan ilahə Afinaya həsr olunmaqla, onun interyeri əsl açıq məkan xarakteri daşıyırdı. Binaya sütunlar möhtəşəm görkəm verirdi. Qədim yunanlar ilk dəfə sütunlardan istifadə etməyə başlamışdılar, lakin Misir abidələrində də onlar mövcud idi. Onlardan istifadə həm də sonralar dəbə düşmüş kolonnaların yaranmasına gətirib çıxarmışdı. Buna görə də qədim yunan arxitekturasında bu elementin tətbiq edilməsinin izləri sonralar dünyanın hər yerində müşahidə edilirdi. Misal üçün, Oslodakı Ticarət Palatasının və Moskvadakı Bolşoy Teatrın binaları neoklassizm üslubunda olduğundan, qədim yunan arxitekturasına əsaslanır.

Yunanlar bu yenilikləri düşünülmüş şəkildə həyata keçirirdilər. Və xoşbəxtlikdən, bu irs unudulmadı, dünyanın ayrı-ayrı guşələrində onların əsl reinkarnasiyasını yada salan binalar heç də az sayda deyildir. Yunan arxitekturası bütün tarix boyu öz təsirini göstərməkdə davam etdi. Onun məbədlərinin yaranma və tikilmə prinsiplərini öyrənən avropalılar və asiyalılar hökumət binalarındakı salonları uca tavana sahib olan şəkildə tikməyə başladılar. Sonrakı tarix boyu yunanların bu layiqli şöhrəti yaşadı və onun ənənələrində yaranan tikililərdə daha da inkişaf etməyə qadir oldu.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Sentyabr 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see1469

Gizli tarix üzə çıxdı: Girişi torpaqla örtülübmüş

14 Sentyabr 2025 02:07see227

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see206

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see154

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see150

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see140

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see137

Xəzər dənizində qasırğa müşahidə edildi VİDEO

14 Sentyabr 2025 01:25see137

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see135

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see135

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see135

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see134

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see134

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see134

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see132

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see130

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see128

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see127

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see122

Rubio: ABŞ Polşadakı PUA hadisəsi ilə bağlı daha çox məlumat toplamaq istəyir

14 Sentyabr 2025 03:23see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri