Icma.az
close
up
RU
Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Tel­man Oru­cov yazır

Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Tel­man Oru­cov yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Dəyişikliklər prosesində qədim və ya tarixdən əvvəlki insanın yaşayış evi tipləri geniş istifadə olunurdu. Arxitektura üslublarının dinamik təkamülü adətən kommunal tikililərdə özünü büruzə verirdi. Axı hər adam özünə ev tikmək iqtidarında deyildi, əhalinin tərkib hissəsi olan qullar bu imkanlardan bütünlüklə məhrum idi. Ev tikmə təcrübəsinin inkişafı mənzil tikintisinə gətirib çıxardı. Qrup yaşayış evi çox sayda olan mədəniyyətlər tərəfindən yaradıldı. Qədim Roma imperiyasında mənzillər şəhər şəraitinə uyğun olduğu halda, amerikan hindularının komaları qida əldə etmək məqsədinə və kənd təsərrufatı şəraitinə müvafiq idi.

İnsan öz əli ilə nəyisə yaratmağa girişəndə, özündən asılı olmayaraq təbiətlə, onun heç də gözləmədiyi bir yarışa girir, əslində anası saydığı bu varlığa öz çağırışını elan edir. Lakin o, bilirdi ki, onun müəllimi təbiətin özüdür. Çünki dağları, dərələri, çayları, dənizləri seyr və müşahidə etməklə, insan onların sehrliliyindən ilhamlanmış və ilk dəfə olaraq böyük miqyasdakı yaradıcılıq eşqinə düşmüşdü.

Axı o, bitki və heyvanlar aləminin, flora və faunanın müxtəlif növləri ilə təmasda olmuşdu, çünki onlar təkcə heyran qalınan heyrətamiz mənzərə olmayıb, həm də təbii ehtiyacı ödəmək üçün qida mənbəyi idi. Bitkilərdən fərqli olaraq, heyvanların yırtıcı növlərindən insanlar qorxurdular, onlarla mübarizə apararaq və öz həyatlarını onların təhlükəsindən xilas etmək üçün əlavə çalışmağa əl atır, düşməni hesab etdiklərini məhv etməyə cəhd edirdilər. Bu, heç də həmişə uğurlu olmurdu, insan özü də bu döyüşdə qurban getməyə məcbur olurdu. Lakin müşahidə, insanda bəzi heyvan növlərini əhilləşdirmək həvəsi yaratdı. Onları ovladıqda, körpə balalarını götürüb, evdə saxlayırdılar və bu yolla evdə saxlanan heyvan növünün əhilləşdirilməsi prosesi gedirdi. Lakin bu iş heç də kor-koranə xarakter daşımırdı, ət və süd almaq üçün əhilləşdirilən heyvanların, artıq bu ev heyvanlarına çevrilənlərin saxlanmasına çəkiləcək zəhmət, birinci növbədə onların yemlə təmin edilməsi vacib şərt sayılırdı. Ona görə də əhilləşdirmə məqsədi həyata keçiriləndə, ət yeyən heyvanlardan, ilk əhilləşdirilən növ olan it istisna olmaqla, imtina edilirdi, yalnız ot yeyən heyvanlara üstünlük verilirdi. Çünki təbiət özü onları yer səthini örtən otlarla, geniş otlaqlarla təmin edirdi, insanın onlar üçün yem istehsalı ilə məşğul olmaq kimi ağır fəaliyyətə qurşanmağa ehtiyacı yaranmırdı. Hətta çox isti, quraqlıq zonalarda donuzun saxlanmasından da imtina edilirdi, çünki onların yemə olan tələbatı, iri və xırda buynuzlu heyvanlarla müqayisədə böyük idi. Otla yanaşı, ev heyvanlarının qidalanmasında ağac yarpaqları da köməyə gəlirdi.

Əkinçiliyin yaranmasını isə yığılan toxumları evdə saxladıqda, onların cücərməsi baş verdiyindən, toxumu torpağa səpmək təcrübəsi meydana gəldi. Təbiət insana həm də yaşayışı səmərəli və daha nəticəli etmək barədə zəruri dərslərini vermişdi və onlar da bu fəaliyyətin səmərəli olmasını təmin edirdi. Ona görə də insan öz qidalanması üçün dağ yamaclarından yabanı dənli bitkilərin meyvələrini toplamağını əsasən dayandırıb, sünbülləri göz oxşayan zəmiləri becərməyə və onu biçməklə, daha bol qida ehtiyatına malik olmağa başladı

Lakin insan ətraf mühiti öyrəndikcə, onu dərk etməyə başladıqda özü də təbiətin yaradıcı fəaliyyətini müşahidə etməklə, bu imkanlarını nəzərə alaraq, ondan çox şey götürməyə çalışır. Vəhşi arı qaya oyuqlarında və ağacların budaqlarında öz bal məhsulunu bol qaydada qoyduğundan, onu qida üçün yığan insan bal arılarını da saxlamağa keçməklə, özünü bu çox koloritli qida məhsulu ilə daha təminatlı şəkildə təchiz etməyə başladı. Beləliklə, təcrübə qazandıqca insanın fəaliyyət dairəsi genişlənir, artıq o, təbiətin bəxş etdiyi hazır vasitələrlə kifayətlənməyib, özü də nəsə yeni olanı yaratmağa, istehsal etməyə, əldə etdiyi ilk uğurlu nümunələri çoxaltmağa çalışırdı.

Özünə və icmaya ev tikən insan, bəziləri buna ixtisaslaşmağı da bacardı, çoxtərəfli və müxtəlif xarakterli məsələləri həll etməyə girişdi, təbiət adlanan anbardan özünə lazım olan xammalı və vasitələri götürüb, ondan yaradıcılıqla istifadə etdiyindən, artıq təbiətin təqdim etdiklərindən daha əlverişli olan sığınacaqlar tikməyə başladı. Kəsici alətlər vasitəsilə doğradığı ağacın gövdəsini və budaqlarını yonub, özü üçün inşaat materialına çevirdi. Gili su ilə, saman qatmaqla yoğurub, kərpic istehsal etdi. Günəşin hərarəti ilə onu qurutduqdan sonra, formaya salınmış bu palçıqdan da daşı əvəz edən tikinti materialı kimi istifadə etməyə başladı.

Arxitekturanın meydana gəlməsi

Tikinti işlərinin inkişafı, şəhərlərin meydana gəlməsi arxitektura adlanan və əvvəllər məlum olmayan yaradıcılıq və fəaliyyət növünün yaranmasına gətirib çıxardı. Arxitektura (memarlıq) qədim yunan dilində "inşaatçı" deməkdir, başqa sözlə, binaların və digər tikililərin inşası mənasını verir. Tikintinin və onun idarə edilməsi vasitəsi olan arxitektura, insanların həyat və fəaliyyəti üçün vacibdir, çünki axırıncı, tikililərin və onların komplekslərinin layihələşdirilməsinə və bilavasitə inşasına xidmət edirdi. Maddi mədəniyyətin bir sahəsi olmaqla, arxitektura həm də sənət növü kimi mənəvi mədəniyyət sferasına da daxil olur, yaşayış mühitini estetik cəhətdən də formalaşdırır.

Cəmiyyətlərin inkişaf tarixi tikililərin funksiya və tiplərini müəyyən edir. Cəmiyyətin inkişaf səviyyəsinə uyğun olaraq, bu funksiyalar artan dərəcədə böyüyür və genişlənir. Arxitektura həm də hökmən tikintinin təyinatına uyğun gəlməlidir.

Arxitektura sənəti

Arxitektura sivilizasiyalanmış xalq tərəfindən, onun praktiki və ifadə etmək tələblərinin bütünlüklə icra edilməsini bildirən tikinti və onun texnikası barədə olan bir sənətdir. Demək olar ki, hər bir oturaq cəmiyyət tikinti texnikasına malik olmaqla, arxitekturanı meydana gətirmişdir. Sadə mədəniyyətlərin hamısında ehtiyac nəzərə alınaraq, insan ətraf təbii mühitdən təkcə müdafiə olunmaq üçün deyil, həmçinin bəşər ətraf mühitinin faydası üçün əvvəllər primitiv bir mübarizə aparırdı. Bu da sivilizasiya institutlarının başlanğıcı və simvolu sayıla bilərdi.

İnkişafın bütün şərtləri ilə, həm də arxitekturada qarşılaşmaq olardı, çünki tikililər sosial funksiyanı yerinə yetirməklə, mühüm əhəmiyyət kəsb edirdi. Nəzərə çarpan nümunələrdə monumental qəbirlər, kilsələr və şəhər salonları kimi tikililər öz əksini tapırdı. Arxitektura tipləri əvvəllər heç də arxitektorlar tərəfindən deyil, məhz cəmiyyətin özü tərəfindən yaradılırdı və müxtəlif institutların ehtiyacını nəzərdə tuturdu. Arxitekturada cəmiyyət öz məqsədinə çatmaq üçün tədricən bunlara nail olurdu. Beləliklə, arxitektura növləri və onların praktiki istifadəsi üçün həm də planlaşdırma meydana gəlirdi. Arxitektura yalnız fərd və ya qrup müxtəlifliyini ifadə etmək üçün yaradılmışdı. Çünki iqtisadi qanunlar arxitekturadan əvvəl meydana gəlmişdi. Ona görə də arxitektura növləri sosial funksiyadan asılı idi və icmanın rəhbərliyinin roluna uyğun olaraq üzə çıxdı. Növlərə isə ev, dini, hökumət, maddi rifah və təhsil, kommersiya və sənaye tələblərinə uyğun olan tikililər daxil idi.

Arxitekturada şəhər salmanın planlaşdırılması xüsusi sahə kimi fərqli xarakter daşıyır. Şəhərsalma bütün cəhətləri nəzərə almaqla yanaşı, gələcək inkişafın tələblərini də ön plana çəkir və əslində şəhərin abadlaşdırılması üçün mayak rolunu oynayır. Arxitekturanın obrazlı estetik başlanğıcı, onun sosial funksiyası ilə bilavasitə əlaqədardır. Məsələn, XIX və XX əsrlərdə baş verən sosial və elmi-texniki irəliləyişlər həm də yeni funksiyalar meydana gətirdi, tikintinin sənaye metodlarını yaratdı.

Məhz tikinti işlərinin inkişafı, kütləvi elmi axtarışların və praktikanın yaranmasına gətirib çıxardı. Təbiət, insanın özündən əvvəl onun üçün belə səmərəli və tam rahat sığınacaq növü yaratmamışdı, insan öz ağlı, müşahidəsi və zəhməti ilə yeni, tikinti adlanan fəaliyyət növünü yaratmağa müvəffəq oldu. Ancaq onların quruluşunu və formasını seçdikdə, yenə təbiətdə müşahidə etdiklərinə əsaslanırdı. Bəzi həşəratlar özünə yuva qurmaqda möcüzə xarakterli işlər görür. Bal arıları öz şanında bal yuvaları olan həndəsi fiqurları - rombları elə dəqiqliklə yaratmışdır ki, bu möcüzə özü ilə müqayisə olunan heç nəyi tanımır. Qarışqalar da arılar kimi ən yüksək cəmiyyətlərə nümunə olacaq, olduqca uğurlu əmək bölgüsü, iyerarxiyalar sistemi yaradır və onun pozulmasına heç vaxt yol vermirlər. Termitlər təkcə özlərinə bir neçə metr hündürlüyündə yuvalar tikməklə deyil, həm də bu yaratdıqları evdə daim sabit olan istilik və rütubət sistemini yaratmaları ilə böyük təəccüb doğururlar. Özü də onlar heç bir çertyojsuz və əlləri ilə tikdikləri rahat "sarayların" inşası ilə yalnız gecələr məşğul olurlar, gündüz qızmar günəşin onları məhv edəcəyindən qorxub, işləmirlər. Ümumiyyətlə, qarışqalar öz xidməti borclarına böyük məsuliyyətlə yanaşırlar, bəzən ana qarışqaya qulluqda canfəşanlıq etdiklərindən öz həyatlarını qorumağı da unudub, ağır zəhmət və qidalanmamaq nəticəsində hətta ölürlər. İnşaat işi ilə məşğul oduqda da, onlar intensiv işləməklə, əsl əmək fədəkarlığı göstərirlər. Bu misallar sübut edir ki, təbiətin sirləri olduqca mürəkkəb və izah edilməyəndir və insan ağlı daim onları tədqiq etməklə, böyük inkişaf imkanlarına nail olur.

Evlər tikəndə də insanlar təbiətə sədaqətli olaraq qalırlar. Evlər, ağac çətirlərini və bitki aləminin digər növlərini yada salır. XXI əsrdə Londonda məşhur arxitektor Norman Fosterin layihəsi əsasında tikilmiş "Meri-X" göydələni şam qozasına bənzəyir, ingilislər isə onu "xiyar" adlandırırlar. Bəzi şəhərlərdə isə yeni uca binalar qarğıdalı qıçası şəklində olur. Krımdakı Qurzufda qaya üzərində tikilən bina öz formasına görə "Qaranquş yuvası" adlanır. Köçəri xalqların modul tipli yurtaları - alaçıqları dəridən tikilmiş dəyirmi formada olmaqla, Göy qübbəsinin xırda formasını Yer səthində təkrarlamaq istəyindən irəli gəlir. Sonralar Avropada da dəyirmi evlər tikilirdi və onlar "kastro" adlanırdı, bu söz latın ilindən gəlirdi, bərkitmək, möhkəmləndirmək mənasını verirdi.

Əlbəttə, arxitekturanın birinci funksiyası insanın rahat yaşaması üçün sığınacaq yaratmaqdan ibarət idi. İlkin tikinti materialı ilə də insanı təbiət özü təmin edirdi, axı o, özü hələ çox şeyi istehsal edə bilmirdi. İnsanın təcrübəsi böyüdükcə, tikinti müəyyən formalar qəbul etməyə başladı, funksiyalarının çoxalması da tikintilərin forma müxtəlifliyini artırdı.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see348

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see290

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see256

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see177

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see139

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see131

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see128

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see127

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see126

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see125

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see124

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see122

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see122

Leyla və Arzu Əliyeva beynəlxalq incəsənət sərgisinin açılışında FOTO

15 Oktyabr 2025 09:54see122

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see121

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see121

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see120

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see120

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri