Icma.az
close
up
RU
Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır

Arxitektura, insanın təbiətlə rəqabət səhnəsidir Telman Orucov yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Telman ORUCOV

İbtidai insan təbiətin mərhəmətinə sığınırdı

Təbiət özünün yaratdığı canlılar arasında ən alisi sayılan insanı dünyaya gətirir, ona, ömür sürdüyü məkandan ibarət yaşayış mühiti yaradır, son mənzilə yola düşənə qədər ona öz qayğısını dayandırmaq istəmir. İnsan öz valideynləri olan ata və ana tərəfindən həyata gətirilsə də, təbiətin özünün də təəccübünə səbəb olmaqla, çünki o, yeganə canlı varlıq növüdür ki, daim yaradıcı fəaliyyətlə məşğul olmağa can atır, ona görə də həyat adlanan bu ədəbi ağacın qönçələri, çiçəkləri və bəhrələri təsirini bağışlamaqla, müxtəlif səviyyədəki idraka malik olmaqla, həm də ali mənşəyini sübut etmək kimi müxtəlif rollarda çıxış etməli olur. Təbiət insana öz mərhəmətini göstərməsəydi, ona həm də mühitə uyğunlaşmaq həvəsi və sönməz fəaliyyət qabiliyyəti bəxş etməsəydi, bu bütün canlılardan tam fərqli olan bir varlıq, sərt şaxtanın və ya qızmar istinin təsiri nəticəsində, digər çətinliklərə də davam gətirməyib, məhv olardı. Bir iqlimə öyrənmiş heyvan isə, adətən əsasən başqa iqlimdə yaşaya bilmir.

İki milyon il bundan əvvəl yaranmağa başlayan insan nəsli, Yer kürəsinin meydana gəlməsi isə daha uzun, dörd milyardlıq tarixə malikdir, min illər ərzində əsasən fasilə vermədən öz ardıcıl davamına nail olmuş, torpaq üzərindəki bəşər adlanan toplumun həyatı min illəri bəzəmişdir. İnsan dözümlülüyü, zəhmətsevərliyi, həyatına xüsusi məna verən mübarizəsi ilə, ilk müəllimi olan ana təbiətin özündən, onu əhatə edən ətraf mühitdən dərs almışdır. Ona görə də ibtidai insan təbiətin övladı hesab olunurdu.

İlk insanlar dünyaya gələndə yaşayışın sərt üzü ilə qarşılaşmalı olmuş, yalnız təbiətin mərhəmətinə sığınmaqla ömür sürə bilmiş, yaşamaq üçün ona şərait yaradan vasitələrdən də istifadə etmişdir. Ona görə də həyatını öz tələbatına uyğun qaydada, çətinliklərlə dolu olsa da, təmin edə bilmişdi. İbtidai insan təbiətin qoynunda yaşamaqla, bunu ana ağuşu kimi qəbul etmiş, ağacların çətiri altında, yarpaqlardan ibarət olan yorğandan istifadə etməklə yatmış, yorulanda dincini almağı bacarmışdı. Təbiət ona bəzi yerlərdə daha yararlı sığınacaq növü olan mağaraları təqdim etmiş, onda məskunlaşan insan həmin mühitin rütubətinə və qaranlığına, digər diskomfortuna da dözməyi bacarmışdır.

Qədim yunan mifologiyasının qəhrəmanı Prometey insanlara oddan istifadəni bəxş etməklə, əvvəllər gecələr əsasən əsl köstəbək  həyatı yaşayan insan, artıq bu nemətin köməyi ilə daha yaxşı yaşayış şəraitinə malik olmuş, sığınacağını tərk etdikdə, Günəş işığından və hərarətindən həzz aldığı kimi, artıq özünün həyat üçün vacib olan qüvvələrini daha da möhkəmləndirmişdi.

İbtidai insan həm də təbiətin yaratdığı bol ərzaq ehtiyatlarından - bitki meyvələrini və köklərini toplamaqla, heyvanları ovlamaqla, balıq tutmaqla öz qidalanmasını təmin edə bilmişdi. Əlbəttə, bu qidanın əldə edilməsi ağır zəhmətlə və müəyyən təhlükə ilə müşayiət olunurdu, qida maddələrini təbiət yarımfabrikat kimi təqdim etsə də, mədənin tələbatını ödəmək prosesi həm də tər tökmək və fiziki yorğunluqla mükafatlanırdı. Lakin bu zəhmət, onda meydana gələn və çətinlikləri də dəf etməyə qadir olan həyat qığılcımının sönməsinə imkan vermirdi.

İlk insan təbiətdən daim mərhəmət umsa da, özü də fəaliyyətsiz dayanmamış, primitiv yollarla da olsa, yaşayış şəraitini hərtərəfli qaydada yaxşılaşdırmağa çalışmışdı. Bu məqsədlə onlar daha yaxşı şəraitə sahib olmaq üçün miqrasiya etmiş, əvvəlki yurd rolunu oynayan və o qədər də yaxşı olmayan məkandan uzaqlaşmış və nisbətən daha əlverişli mühit axtarışlarını heç vaxt kəsməmişdir. Həmin insanları vətənindəki ağır şəraitdən xilas olmaq üçün oranı tərk edib, Avropaya və Amerikaya yollanan immiqrantlara bənzətmək olardı. Bu məsələdə ilk icmaların yaranması da mühüm rol oynamışdır, tək fərdi şəkildə əvvəlki mühitdən uzaqlaşmaq həyatın məhvi ilə nəticələnə bilərdi, axı ona təhlükə törədən cəhətlər də heç də az deyildi. Afrikanın şimali-şərqində meydana gələn ilk insan dəstələri oradan çıxıb, Asiya, sonra isə Avropa qitəsinə yayılmağa, oraları məskunlaşdırmağa başlamışdı. Mərkəzi Asiyada yaşayanlar sonrakı macəra axtaranlar nəsli kimi o vaxtlar quru olan və iki qitəni ayıran Berinq boğazından keçərək, yeni materiklərə - Amerikalara köç etmişlər. Onların bu ağır və cəsarətli səfərlərinə həsəd aparmaq olardı. Şimali Amerikadan onlar həm ətalət, həm də axtarış məqsədinin təsiri altında Mərkəzi Amerikaya və ikinci qitə sayılan Cənubi Amerikaya istiqamət götürmüş, sonralar Kolumbun tədqiq etdiyi Yeni Dünyanı, adlandırmasında səhvə yol verdiyinə və bu torpaqlara Hindistan hesab etdiyinə görə, hindu adlanan çox saydakı tayfalar bu nəhayətsiz əraziləri məskunlaşdırmışdılar.

Bu ilk tədqiqatçılar, onları sərgərdanlar da adlandırmaq olardı, daşıyıcı nəqliyyat növünə və ya minik heyvanına malik deyildilər, ancaq öz ayaq əzələlərinin onlara sədaqətlə xidmət edəcəyinə ümid edirdilər və onun köməyi ilə nəsilbənəsil ağlasığmayan uzaq məsafələri qət edə bilmişdilər. Onları indiki vaxtda Meksikadan Kanadaya və geri səfər edən monarx kəpənəklərinə bənzətmək olardı. Kəpənəklər, köçəri quşlar və nəsli artırmaq üçün şirin su axtaran bəzi balıq növləri uzaq məsafələri öz instinktlərinə uyğun olaraq qət edirdilər. İnsan isə bəzi instinktlərə malik olsa da, həmin tiplərə məxsus olan instinktin mühüm növlərindən məhrum idi. Lakin onda axtarış həvəsi çox güclü idi və bunun hesabına o, vikinqlərdən və Kolumbdan çox-çox, bəlkə də min illər əvvəl iki yeni qitəni kəşf və fəth edə bilmiş, orada məskunlaşmağa və gələcəkdə öz sivilizasiyasını yaratmağa nail olmuşdu.

İbtidai insan düşdüyü yeni mühitdə, onun təklif etdiyi təbii vasitələrdən istifadə etməklə, öz tələbatını qismən də olsa, ödəməyi bacarmışdır. Axı onun yaşadığı kiçik bir ərazinin ətrafında həyat qaynayırdı, bu mühitdə olan flora və faundan o, özünə lazım olanları almağı bacarırdı. İnsanlar daşdan kəsici alətlər, obsidiandan isə daha sərfəli və xüsusi təyinatlı iti skalpellər hazırlamışdılar. Nefriti isə onlar qızıl səviyyəsinə qaldırmışdılar. Lakin insan ağlı güclü işlədiyindən, əvvəlki adət olunmuş xammal yoxa çıxdıqda, başqa vasitələri də işə salmaqdan çəkinməmişdir. Çinin ərazilərinin çoxunda daş materialı olmadığından, adamlar bambuk ağacının gövdəsindən belə bıçaq tipli alətləri hazırlamağı başlamışdı. Xammal seçiminin çətinliyi və  fərqliliyi insanı istehsal məqsədindən uzaqlaşdıra bilməmiş, o, daim öz tələbatını ödəmək üçün müxtəlif vasitələrə əl atmağı özü üçün ağır zəhmət hesab etməmişdi. Buzlu Qütb zolağında yaşayan eskimoslar və Qrenlandiya inuitləri təbiətin verdiyi hazır materialdan istifadə edib, özləri üçün iqlu adlanan evləri buzlaşmış iri qar parçalarından tikirdilər və bu tikili, evin sakinlərini küçədəki sərt şaxtadan müdafiə edirdi. 

İbtidai insanda həm də estetik zövq işartıları meydana gəlmişdi. Düzəldilən alətər heç vaxt iri həcmli və kobud olmurdu, əllə istifadəyə yararlılıq başlıca meyar hesab olunurdu. Təbiətin təsiri, daha dəqiq deyilsə, insanın müşahidə qabiliyyəti onda ilk yaradıcılıq elementlərini meydana gətirmişdi. Mağaralarda və qayalarda insanlar rəsm çəkməyə başlamış, müxtəlif  boyalar düzəldə bilmiş, bu ilkin tablolarda əsasən qorxduqları və övladıqları, bəzən isə mistik heyvanları təsvir etməyə nail olmuşdular. Beləliklə, hələ konqitiv qabiliyyətə, özünü dərk etməyə yiyələnməmiş insan ilk növbədə təbiəti, gündəlik həyatda gördüklərinin nümunələrini anlamağa çalışmış və ona görə də ilk rəngkarlıq işlərində məhz onların təsviri ilə kifayətlənmişdi.

İnsanın, digər canlılardan - heyvanlardan, quşlardan və balıqlardan fərqli olaraq, öz yaşayış mühiti sahəsində təbiətin əliaçıqlıqla verdikləri ilə kifayətlənməməsi, həyat şəraitini yaxşılaşdırmaq üçün cürbəcür vasitələrə, yollara əl atması da onun yeni qabiliyyətlərə yiyələnməsinin nəticəsi idi. Mağaranın dar, ağır, cansıxıcı havasından xilas olmaq istəyən insan Günəşin işıq saçdığı məkanda yaşamaq naminə öz əli ilə yeni sığınacaq növlərini yaratmağa - yer üstündə evlər tikməyə başladı. İdrak qabiliyyətinə yiyələnən insan, artıq onu nəyə istiqamətləndirmək lazım olduğunu da öyrəndi.

 Axı hər bir heyvan və ya quş özünə yuva qursa da, belə mükəmməl sığınacaq yaratmağa qadir deyildi. Onlar əsasən təbiətin  bəxş etdiyi və özünün də müəyyən xırda düzəliş verdiyi bir sığınacaqla kifayətlənməli olmuşdu. İnsan isə, özünün fərqli olduğunu göstərmək və təsdiq etmək üçün təbiətə məlum olmayan sığınacaq növünü yaratmaqla, ondan bütünlüklə asılı olmadığını sübut etməyə çalışdı. Tikilən ev artıq heç də sadə yuva deyildi, daha əlverişli şəraitə malik olan bir süni məkan idi. Təbiət özünün bir hissəsi saydığı insanın, onun qayğısı dairəsindən kənara çıxıb, öz şəraitini yaxşılaşdırmasına, əlbəttə ki, qısqanclıqla yanaşmaya bilməzdi. Ona görə də insanı ağır sınaqlara çəkən təbii fəlakətlər baş verirdi, çuğlayan təbii qüvvələr insanın yaratdıqlarını və özünü hətta məhv etməyə də girişirdi.

Ev tikmək, insanın yaradıcılıq qabiliyyətinin inkişafı kimi

İlk anlarda ev tikməyi, sonralar isə icmaların kənd və şəhərlər salmasını insanın inqilabi fəaliyyət növlərindən biri və bəlkə də birincisi saymaq olardı. Baxmayaraq ki, təkərin icad edilməsi birinci texniki inqilab hesab olunur. Bu ev tikmək praktikası hansısa həvəs hesabına deyil, həyati tələbat səviyyəsinin yüksəlməsindən irəli gəlmişdi. Kiçik ailə və ya icma hətta o qədər də böyük olmayan mağarada da yerləşə bilərdi, böyük ailələrə, həcmi genişlənən icmaya isə daha böyük sığınacaq, süni surətdə yaradılan və insan əlinin və ağlının bəhrəsi şəklində tikilən evlər lazım idi. Yaradıcılıq qabiliyyəti insanı daha böyük işlərə həvəsləndirirdi, bundan heç vaxt imtina etmirdi. Böyük filosof Mark Avreli demişkən: "Nə şəhərə ziyan vurmursa, vətəndaşa da ziyan vurmur. Pətəyə xeyir gətirməyən, digər arılara da fayda verməyəcək". İnsan isə yeni icadından özü üçün yalnız fayda görürdü.

Ev tikmə arxitekturası sosial icma tərəfindən meydana gəlmişdi, fərdi, ailə, klan və ya ondan asılı olanlar üçün nəzərdə tutulurdu. Özü də təkcə adamlar üçün deyil, həm də onları qida ilə təmin edən heyvanları saxlamaq üçün tikilirdi. Sığınacaq rolunu oynamaqla yanaşı, həyatın fiziki funksiyalarının bünövrəsini müdafiə etmək məqsədini güdürdü. İnsanlar məskunlaşdığı yerləri həm də öz ehtiyaclarına uyğunlaşdırıdı. Dəniz sahilində və meşə ətrafında yaşayanların həyat şəraiti fərqli olmaqla, bir-birinə bənzəmirdi.

Sonrakı dövrlərdə isə kommersiya, sənaye və kənd təsərrüfat fəallığı, icmadan daha möhkəm olan ailə birliyinə gətirib çıxardı. Ev tikmə arxitekturasının vacib tələbləri əvvəllər sadə idi. Bu, elə bir yer olmalı idi ki, orada yatmaq, qida hazırlamaq və güman ki, işləmək mümkün olsun. Bu yer müəyyən işığa malik olmalı və adamı havanın dəyişilməsindən, əsasən soyuqdan qorumalı idi. Adamın və ev heyvanlarının içməli su ilə təmin edilməsi imkanı da vacib məsələ sayılırdı. Su təchizatı naminə bütün vasitələr işə salınırdı.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see207

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see188

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see170

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see141

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see140

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see139

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see135

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see134

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see134

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see133

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see128

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see127

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see126

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see126

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see123

Rusların Baxmutdakı qərargahını məhv edilib...

08 Oktyabr 2025 18:11see122

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see121

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see120

Koreya yeməkləri sağlamlıq üçün təhlükə yarada BİLƏR

08 Oktyabr 2025 19:47see120

Gömrük Komitəsindən daxilolmalar azalıb Ekspert səbəb AÇIQLADI

08 Oktyabr 2025 17:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri