Icma.az
close
up
RU
AS Group Omanda beynəlxalq sərgidə iştirak edib FOTO/VİDEO

AS Group Omanda beynəlxalq sərgidə iştirak edib FOTO/VİDEO

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

(®) 6–8 oktyabr tarixlərində Oman Sultanlığının paytaxtı Məsqət şəhərində “Oman Urban Home & Building Expo, Urban October 2025” beynəlxalq sərgisi keçirilib. Bu tədbir regionun aparıcı platformalarından biri olub və inşaat, tikinti texnologiyaları, yaşayış məkanlarının dizaynı və şəhərsalma inkişafına həsr olunub.

Tədbir Oman Mənzil və Şəhərsalma Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub. Azərbaycanın AS Group şirkəti sərgidə şirkətin təsisçisi cənab Şahin Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Sərgi inşaat şirkətlərini, memarları, mühəndisləri, podratçıları, təchizatçıları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib. Üç gün davam edən sərgi çərçivəsində yerli və beynəlxalq ekspertlərin iştirakı ilə davamlı tikinti və şəhərsalma sahəsində ən son tendensiyalara həsr olunmuş panel müzakirələr, seminarlar və təqdimatlar keçirilib. 

Sərginin açılışı təntənəli şəraitdə keçirilib. Açılış mərasimində Mənzil və Şəhərsalma naziri cənab doktor Xalfan bin Səid əl-Şueyli, həmçinin ticarət, Sənaye və İnvestisiyaların Təşviqi naziri cənab Qeys Məhəmməd əl-Yusif iştirak ediblər. Mərasim çərçivəsində əməkdaşlıq sazişləri imzalanıb və tender qalibləri təqdim olunub.

Səfər çərçivəsində AS Group-un nümayəndə heyəti Oman İnvestisiya Bankının Baş direktoru cənab Mohammed Al-Habsi, Omanın Şəhər İnkişafı üzrə Milli Strategiya Qurumunun icraçı direktoru İbrahim Al-Vaili, eləcə də müxtəlif dövlət və özəl təşkilatların nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zamanı Omanın iqtisadi və investisiya mühiti,  eləcə də potensial əməkdaşlıq imkanları müzakirə edilib.

AS Group sərgidə həm yerli, həm də xarici ölkələrdəki iri layihələrini təqdim edib. Şirkətin stendində “Ağalı Ağıllı Kənd”, “Tbilisi Park Boulevard”, “AS Group” və “BI Group” şirkətlərinin birgə layihəsi olan “4You Baku”, eləcə də Tunel Qəlib - müasir inşaat texnologiyası nümayiş etdirilib. Sərgi ziyarətçiləri təqdim olunan layihələrə böyük maraq göstərib və onlarla yaxından tanış olub.

AS Group şirkətinin stendini Azərbaycanın Omandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad İsmayılov ziyarət edib. Təqdim olunan layihələr səfirin böyük marağına səbəb olub. Cənab Rəşad İsmayılov şirkət nümayəndələrinə sərgidə iştirakın vacibliyini vurğulayaraq gələcək əməkdaşlıqlar üçün mövcud potensial imkanlara diqqət çəkib.

Tədbirdə Oman, Fars körfəzi ölkələri və digər dövlətlər də daxil olmaqla 9 ölkədən təxminən 140 şirkət iştirak edib.  AS Group sərgidə təmsil olunan yeganə Azərbaycan şirkəti olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://marja.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri