Icma.az
close
up
RU
“AS Group” WUF13 də Fotolar

“AS Group” WUF13 də Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəhərlərin gələcəyi, inklüziv cəmiyyətlərin qurulması, iqlim dəyişiklikləri və sosial davamlılıq kimi mühüm mövzular ətrafında dünyanın müxtəlif ölkələrindən minlərlə nümayəndəni bir araya gətirən WUF13 tədbirində “AS Group” da iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 çərçivəsində “AS Group” qlobal mənzil çağırışlarına öz layihələri və yanaşmaları ilə qoşulub.

Şirkətlər Qrupu forum çərçivəsində həm sərgidə iştirak edir, həm də keçirilən konfranslarda dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi layihələri təqdim edir, müasir şəhər mühitinin formalaşdırılması ilə bağlı yanaşmalarını bölüşür və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə edib.

“AS Group” sərgidə iki hissəli stendlə təmsil olunub. Stendin bir hissəsində şirkətlər qrupunun sosial, digər hissəsində isə kommersiya layihələri təqdim edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təməlini qoyduğu Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsi sərgi iştirakçılarının xüsusilə diqqətini çəkib. Ziyarətçilərə məlumat verilib ki, “Ağıllı kənd” konsepsiyadan başlayaraq layihələndirmə, tikinti və tam təhvil verilmə mərhələsinədək “AS Group” şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC tərəfindən həyata keçirilib.

“Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması, sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və səmərəliliyinin artırılması, informasiya texnologiyaları və innovativ həllərin tətbiqi, eləcə də mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik yaşayış məskənidir.

Sərgidə həmçinin Ağalı kəndinin alternativ enerji ilə təmin olunması məqsədilə quraşdırılan “Arximed” qurğusu da ağıllı həll nümunəsi kimi təqdim olunub.

Bundan əlavə, “AS Group” Füzuli rayonunda layihələndirdiyi Dövlətyarlı kəndi layihəsini, həmçinin “AS İstehsal Qarabağ” MMC-nin Ağdam Sənaye Parkında yerləşən Xırdaqəlibli Beton Məmulatları Zavodunda istehsal edilən beton məmulatlarını sərgiləyib.
Şirkətlər Qrupunun kommersiya layihələri sırasında isə Qazaxıstanın “BI Group” şirkəti ilə birgə Bakı şəhərində inşa edilən “4You Baku” yaşayış kompleksi təqdim olunub.

WUF 13 (World Urban Forum) çərçivəsində “Şəhər Dəyər Zəncirinin Tətbiqi: Azərbaycanda Ağıllı və Dayanıqlı Şəhər Layihələrinin Həyata Keçirilməsi” mövzusunda sessiya keçirilib.

Tədbirdə “AS Group”un nümayəndəsi Mirzə Abdullayev təqdimatla iştirak edərək şirkətin həyata keçirdiyi “River City” layihəsi haqqında geniş məlumat təqdim edib. Təqdimat zamanı layihə çərçivəsində tətbiq edilən innovativ həllər, dayanıqlı şəhərsalma yanaşmaları və şəhər mühitinin inkişafına verilən töhfələr barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların və ekoloji yanaşmaların şəhər inkişaf prosesindəki əhəmiyyəti xüsusi vurğulanıb.

Qeyd edək ki, “AS Group” 2003-cü ildən etibarən dövlət və özəl sektor üçün kompleks layihələrin icrasında öncül rol oynayır. Şirkət tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, sənaye, nəqliyyat-logistika, bərpa olunan enerji və “HoReCa” sahələrində uğurla fəaliyyət göstərir. “AS Group” eyni zamanda beynəlxalq layihələr vasitəsilə ölkəyə xarici investisiyaların cəlb olunmasına da mühüm töhfələr verir.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 May 2026 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri