“AS Group” Yeni ili kimsəsiz uşaqlarla qarşılayır Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Ölkəmiz və vətəndaşlarımız qarşısında daim özünün sosial məsuliyyətini qoruyan “AS Group” şirkəti Yeni il ərəfəsində də ənənələrinə sadiqdir.
“Qafqazinfo” xəbər verir ki, şirkət əməkdaşları Yeni ilin astanasında “Azərbaycan Uşaqları” İctimai Birliyi, “Təmiz Dünya” Qadın və Uşaq sığınacağı, eləcə də “Ümid yeri” uşaq sığınacağındakı uşaqlarla görüşərək onlara bayram sovqatlarını, bu birliklərə zəruri olan məişət avadanlıqlarını çatdırıb.
Qeyd edək ki, 2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group” şirkəti fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub. Bunların içərisində şirkətin daim kimsəsiz uşaqlara verdiyi dəstəyi, autizmli və talassemiyalı uşaqlar üçün müxtəlif sosial layhələrdə iştirakını xüsusilə qeyd etmək olar.
“AS Group” və onun layihələri haqqında daha ətraflı məlumat almaq üçün www.asgroup.az saytına daxil ola bilərsiz.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 31 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















