AŞ PA prezideni: “Müstəqil və plüralist media olmadan əsl demokratiya yoxdur”
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İfadə azadlığı hüququ və azad, müstəqil və plüralist media olmadan əsl demokratiya yoxdur”.
Gununsesi.info xəbər verir ki, bunu AŞ PA prezideni Teodoros Rusopulos Vatslav Havel mükafatının təqdimatı zamanı deyib.
Teodoros Rusopulos xatırladıb ki, Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması bu ilin mart ayının ortalarına kimi Avropada 171 jurnalistin, o cümlədən Avropa Şurasına üzv ölkələrdə 98 jurnalistin həbsdə olduğunu müəyyən edib.
Onun sözlərinə görə, ən azı 26 jurnalist isə Rusiya tərəfindən qanunsuz olaraq həbs edilib.
O, bəyanatında Vatslav Havel mükafatına namizəd olan azərbaycanlı jurnalist Ülvi Həsənlinin azad edilməsini istədiyini deyib:”Hökumətlər həqiqətdən qorxmamalıdır”.
Pərviz Həşimli
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Sentyabr 2025 07:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















