Icma.az
close
up
RU
AŞ PA və Avropa Parlamentində Azərbaycanla bu qurumların münasibətlərinin yaxşılaşdırılmasına mane olan qüvvələr varmı?

AŞ PA və Avropa Parlamentində Azərbaycanla bu qurumların münasibətlərinin yaxşılaşdırılmasına mane olan qüvvələr varmı?

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Son dövlər düşündürücü bir tendensiya müşahidə edirik.
Azərbaycanda insan haqlarının durumuna görə AŞ PA ilə yaşanan gərginliyin fonunda ölkə rəhbərliyinin Avropa Şurasının baş katibi arasında vəziyyəti dəyişmək üçün dialoqları olub.
Bir neçə dəfə Prezident İlham Əliyev və XİN rəhbəri Ceyhun Bayramov AŞ baş katibi ilə vəziyyəti dəyişməyi müzakirə edib.

Hər görüşdən dərhal sonra AŞ PA-dan sərt mövqe ortaya çıxır.

İttiham, hədə dolu mövqelər, qətnamələr, çağırışlar  AŞPA-nın prezidentindən tutmuş digər rəsmiləri tərəfindən ifadə olunub.

Bir neçə gün əvvəl eyni hadisəni Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Prezident İlham Əliyevlə və Ceyhun Bayramovla görüşündən sonra da müşahidə etdik.
Görüşdən sonra xanım Kallas “Qanunun aliliyinə və insan hüquqlarına hörmət əsasında inkişaf etdirilməsinə söykənərək Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi üzrə danışıqları bərpa etməyi razışaldırdıq” deyə sevindirici bir bəyanat yaydı.

Amma bu bəyanatın ardından Avropa Parlamenti Azərbaycanı sərt tənqid edən qətnamə qəbul etdi.

Hətta Avropa parlamentinin bir sıra üzvləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini Azərbaycana rəsmi səfəri etməsi ilə bağlı tənqid edib.

Sirr deyil ki, Azərbaycanda məhkəmə-hüquq sistemi ağır durumdadır və bunun nəticəsi olaraq çoxsaylı siyasi məhbuslar var.

Amma ötən illərin də təcrübəsi göstərib ki, Azərbaycan hakimiyyəti onunla təzyiq , hədə tonu ilə danışılanda daha da aqressivləşir və həbslərin sayını artırır.

Ona görə də bir haqlı olaraq belə bir sual ortaya çıxır:

AŞ PA və Avropa Parlamentində Azərbaycanla hər iki qurumun münasibətlərinin yaxşılaşdırılmasına mane olan qüvvələr varmı?

Pərviz Həşimli

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri