Icma.az
close
up
RU
Aşağı faizlə kredit almaq arzusu... Kredit portfelinin mənbəyi və əhalinin gəliri kredit faizinə təsir edir

Aşağı faizlə kredit almaq arzusu... Kredit portfelinin mənbəyi və əhalinin gəliri kredit faizinə təsir edir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Əhali ağır kredit əsirliyi yaşayır. Milli Məclisin mayın 1-də keçirilən iclasında Mülki Prosessual Məcəllədə və “İcra haqqında” qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı da bu haqda danışılıb. Deputat Vüqar Bayramov 3 milyondan çox vətəndaşın banklara istehlak krediti borcu olduğunu deyib.

Kreditə əsir düşmüş vətəndaş banklar üçün problemli kredit obyektinə çevrilir...

Faizlər vətəndaşı kredit əsirinə çevirir, yoxsa başqa səbəblər var?Banklar kredit satışında rəqəmləri yüksəldir, verdiyi krediti geri almaq istəyəndə problem yaşanırsa, sektorun bundan faydası nə olur?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kredit alan vətəndaşla bankların arasındakı problem Azərbaycanda real problemdir.

Akif Nəsirli

“Bu yaxınlarda Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri Taleh Kərimov marjalarla bağlı mətbuat konfransında bir xəbərdarlıq edərək bildirdi ki, marjalar çox yüksəkdir. "Biz təklif edirik ki, böyük marja məhdud kredit yox, kiçik marja geniş kredit portfelinə keçmək lazımdır". Bu gün Azərbaycan əhalisinin 15-18 faiz, bəzi hallarda 20-24 faiz kredit verməsi düzgün, normal hal deyil. Dünyada 10 faizdən yuxarı kredit yoxdur. Azərbaycanda kredit faizləri kifayət qədər yüksəkdir. Mərkəzi Bankın sədri Taleh Kərimov bu narahatlığını ifadə edib”-deyən iqtisadçı qeyd edib ki, bankların marjaları, yəni qoyduqları faiz bankın mənfəətidir.

İqtisadçının fikrincə, hər bir halda kredit portfeli genişlənməlidir və bankların real nizamnamə kapitalı milyardlarla olmalıdır ki, bank daha çox kredit versin, həm də faizləri aşağı salmaqda maraqlı olsun. Akif Nəsirli hesab edir ki, bu gün Azərbaycanda kredit portfelinin 60 faizindən çoxu depozitlərdən və əmanətlərdən formalaşırsa, burada artıq kredit faizlərinin aşağı salınmasından danışmaq mənasızdır.

“Depozit və əmanətləri əhalidən minimum 9 faizlə qəbul edirlər. 9 faizin üzərinə bankın xərci 2 faiz gəlir. Bir bank, əgər 10 faiz divident verirsə, bu 5 - faizdən də çox özü mənfəət götürmək üçün əlavə vəsait əlavə edir. Tutaq ki, 9 faizə pul götürdük, onun üstünə 2 faiz bank xidməti gəlirik. 11 faiz olur. 1,5 faiz-2 faiz Mərkəzi Bankın marjası gəlir. 12,5 faizni ödəyən bank haqlıdırmı ki, onun yarısı qədər mənfəət götürsün, 6 faiz də üstünə gələndə 18 faiz olur. Bu cür kredit faizlərinin formalaşması düzgün deyil. Azərbaycanın imkanları var, kapitalə var. Azərbaycan kommersiya banklarına müəyyən şərtlər daxilində ucuz və uzunmüddətli pullar verməlidir. Yəni banklara 5-6 beş faizə kredit verməlidir. Bankın da qarşısına tələb qoymalıdır ki, "sənin maksimum kredit faizinin 10 faizi keçməməlidir". Bu halda bank dəridən qabıqdan çıxacaq ki, həm öz xərclərini ödəyə bilsin, həm də mənfəət götürə bilsin. Bunun üçün daha ucuz kredit verməyə meyl yaranacaq. Yəni bu sistem dəyişməlidir”-deyə Akif Nəsirli bildirib.

Akif Nəsirli qeyd edib ki, kiçik marja böyük portfel olmalıdır: “Hazırda kiçik portfel, böyük marja sistemində kredit verilir. Bu səbəbdən də, problemli kreditlərin sayı çoxdur”.

İqtisadçının fikrincə, digər səbəb əhalinin gəlirlərinin aşağı səviyyədə olmasıdır.

“Əhalinin gəlirlərini artırmaq mümkün deyil. Əhalinin pensiyasını 10 faiz artıran kimi bazarda qiymətlər 20 faiz bahalaşır. Yenə dövlət tərəfindən əhaliyə verilən pul var idi. Əlavə artım, gəlir var idi. Nominal artımı, dəyər formasında strukturlar əhalinin əlindən alır. Bunun üçün də rəqabət mühiti olmalıdır ki, bu biznes strukturları qiymətlə bir- birinə rəqabət esin. Bu rəqabət qiyməti cilovlasın ki, bizim əhaliyə verdiyimiz gəlir artımlarını, biznes strukturları onun əlindən ala bilməsin. Bu, bazar iqtisadiyyatı sistemidir. Biz deyə bilmərik ki, dərhal əhalinin gəlirlərini artıra bilərik. Məsələn; bu gün pensiyanın 50 faiz artırsalar, qiymətlər 100 faiz bahalaşacaq. Çünki inhisarçılıq var. Bütün bunlar bir-biri ilə əlaqəli prosesdir”-deyə Akif Nəsirli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 May 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri