Icma.az
close
up
RU
Əsgərlərimizə şad xəbər 2026 cı ildən...

Əsgərlərimizə şad xəbər 2026 cı ildən...

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azercell Telekom MMC arasında əsgərlər üçün xüsusi rabitə imkanlarının yaradılması məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində “Azercell” ölkəmizin müdafiə qüvvələrinin üzvlərinə dəstək məqsədilə “Əsgərcell” adlı xüsusi təklif təqdim edəcək. 
Demokrat.az xəbər verir ki, Təşəbbüs əsgərlərin xidmət dövründə ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz əlaqə saxlamasına imkan yaradacaq. 2026-cı ildən etibarən qüvvəyə minəcək “Əsgərcell” təklifi çərçivəsində əsgərlərə xüsusi şərtlər ilə mobil cihaz və yeni nömrə təqdim olunacaq.
Həmçinin, istənilən 5 nömrəni “ağ siyahı”ya əlavə etmək imkanı veriləcək və yalnız həmin nömrələrlə qarşılıqlı zənglər həyata keçirmək mümkün olacaq. Eyni zamanda, təcili yardım, polis və yanğınsöndürmə kimi zəruri xidmət nömrələrinə də zənglər əlçatan olacaq. 
Rabitə təhlükəsizliyini qorumaq və xidmətin təyinatına uyğun istifadəsini təmin etmək məqsədilə bu nömrələrdə SMS, internet, beynəlxalq və rouminq xidmətləri əlçatan olmayacaq. Əsgərlərə hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən cihaz və yeni nömrəni əldə etmək imkanı yaradılacaq.
“Azercell” nümayəndələri qeydiyyat prosesini yerindəcə həyata keçirərək nömrəni aktivləşdirib, cihazı abunəçiyə təqdim edəcəklər.
“Əsgərcell” hərbi xidmətin keyfiyyətinə necə təsir edəcək? 
Oxşar təcrübələr bir sıra ölkələrdə mövcuddur. Məsələn, Türkiyədə hərbi hissələrdə əsgərlərin ailələri ilə əlaqə saxlamaq üçün məhdudlaşdırılmış telefon kabinələri və xüsusi rabitə sistemləri tətbiq olunur. İsraildə təhlükəsizlik məqsədilə əsgərlərə yalnız müəyyən tətbiqlərə və rabitə növlərinə icazə verən xüsusi hərbi telefonlar təqdim edilir.
Cənubi Koreyada da xidmət müddətində internetə və sosial şəbəkələrə çıxış ciddi şəkildə nəzarət altındadır, lakin əsgərlərə valideynləri və yaxınları ilə əlaqə saxlamaq üçün müəyyən vaxtlarda məhdud telefon istifadəsi imkanı verilir. Bu təcrübələr göstərir ki, hərbi rabitənin nəzarətli şəkildə təşkili həm təhlükəsizlik, həm də sosial sabitlik baxımından effektiv nəticələr verir.
Azərbaycanın bu istiqamətdə atdığı addım texnoloji yeniliklə təhlükəsizlik tələblərinin optimal şəkildə uzlaşdırılması baxımından müasir və məqsədyönlü təşəbbüs kimi qiymətləndirilə bilər. “Əsgərcell” layihəsi həm əsgərlərin rifahını artıracaq, həm də rabitə təhlükəsizliyinin qorunmasına töhfə verəcək.
Bu təşəbbüs uzunmüddətli perspektivdə hərbi xidmətin səmərəliliyinə, intizamın möhkəmlənməsinə və ordunun daxili kommunikasiyasının daha müasir əsaslarda qurulmasına şərait yaradacaq.
Hərbi ekspert Emin Həsənli deyib ki, bu, əla təşəbbüsdür. Onun fikrincə, valideynlər övladları ilə əlaqə saxlamaq istəyir: “Əsgərlərin yaxınları var, onların da öz çevrəsindən uzaqlaşması indiki zamanda çətindir. Hətta həbsdə olan insanlar belə telefon vasitəsilə əlaqə saxlayırlar. Bu, indiki şərtlərə uyğundur.
Dünyanın bir çox ölkələrində müəyyən imkanlar var ki, hərbçilər ailə üzvləri və yaxınları ilə telefonla əlaqə saxlasınlar. Məsələn, əsgər üçün maraqlıdır ki, ata-anasının, bacı-qardaşının, ailəsinin ad günlərini təbrik etsin, səsini eşitsin. Bu baxımdan çox önəmlidir”.
Ekspert əlavə edib ki, tətbiq edilən qadağalar da məlumdur: “O qadağalar xidmətə mane olur. Burada hərbi və dövlət sirri qorunmalıdır. Bu da detallı nəzərə alınacaq, bütün məsələlər təhlil olunacaq. Bircə məqsəd o olacaq ki, əsgər rahat ünsiyyət saxlasın. Bu rabitə vasitəsinin olmaması əsgərlərdə böyük çətinliklər yaradır.
Çox təqdirəlayiq addımdır, vətəndaş məmnunluğu və xidmət üçün çox önəmlidir. Hətta deyərdim ki, bu, xidmətə müsbət təsir göstərəcək. Əsgər davamlı olaraq ünsiyyətdə olacaq, valideynin səsini eşitmək hər iki tərəf üçün çox önəmli haldır. Adı da rəmzi bir addımdır. Bu, doğru bir qərardır”.  (Yeni Müsavat)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri