“ASAN xidmət” və SESRIC arasında anlaşma memorandumu imzalanıb
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüd Selçuk “ASAN xidmət”in COP29 çərçivəsində təşkil etdiyi Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə SESRIC arasında anlaşma memorandumu imzalanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqsəd “ASAN xidmət” təcrübəsinin İƏT-ə üzv dövlətlər ilə paylaşılması, dövlət xidmətlərinin göstərilməsi sahəsində institusional və kadr potensialının artırılması üçün təlim, kurs, seminar və səfərlərin təşkilidir.
Həmçinin memorandum çərçivəsində İƏT-ə üzv ölkələrdə dövlət qulluqçularının “ASAN xidmət” tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində təşkil etdiyi “ASAN Beynəlxalq Təlim Proqramları”nda iştirak etmələri nəzərdə tutulur.
Baxış sayı:111
Bu xəbər 18 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















