Icma.az
close
up
RU
BMT “ASAN xidmət”in daha geniş miqyasda təşviqində maraqlıdır

BMT “ASAN xidmət”in daha geniş miqyasda təşviqində maraqlıdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “DİM 16” üzrə Konfransda iştirak məqsədilə Nyu-Yorkda səfərdədir. Səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavininin, İtaliyanın BMT yanında daimi nümayəndəsinin və Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş direktorunun dəvəti əsasında baş tutur.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüş zamanı 2024-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən söz açılıb. Eləcə də Azərbaycan tərəfinin dəstəyi ilə “ASAN xidmət” təcrübəsi əsasında ən az inkişaf etmiş, dənizə çıxışı olmayan inkişaf etməkdə olan və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün müvafiq istiqamətlər üzrə potensialın artırılması sahəsində icra olunan və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.

BMT rəsmisi “ASAN xidmət” təcrübəsini nümunəvi model kimi qeyd edib və hazırda müvafiq təcrübənin dünyanın bir sıra ölkələrində tətbiqini təqdirəlayiq hal kimi vurğulayıb.

O, dövlət xidmətləri və dövlət idarəçiliyi sahəsində BMT ilə həyata keçirilməkdə olan uğurlu əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib və tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində tam dəstəyini ifadə edib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədrinin “DİM 16” üzrə Konfransda çıxışı və xarici ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri