BMT rəsmisi “ASAN xidmət”də
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Əl-Xatib "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Dima Əl-Xatib “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində təqdirəlayiq olduğunu deyib.
Həmçinin sözügedən təcrübənin, burada tətbiq olunan innovativ yeniliklərin öyrənilməsində və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanışlıq olub.
Qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:140
Bu xəbər 15 Noyabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















