“ASAN xidmət”in və BMT nin sammitində liderlik və regional idarəetmə həlləri diqqət mərkəzindədir
Icma.az, Azvision portalına istinadən məlumat verir.
Dördüncü sessiya “İnklüziv və firavan cəmiyyətlərin qurulmasında liderlik, düşüncə tərzi və ictimai dəyərin yaradılması” mövzusunda dəyirmi masa formatında baş tutub. Özbəkistanı, Gürcüstanı, Barbadosu, Qvineya-Bisaunu, Madaqaskarı, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzini, Karib Hövzəsi İdarəetmənin İnkişafı Mərkəzini təmsil edən nümayəndələrinin iştirakı ilə dövlət idarəçiliyində transformasiyanı dəstəkləyən liderlik yanaşmaları, təşkilati dəyərlər və ictimai rifahın yüksəldilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə daha firavan və inklüziv cəmiyyətlərin qurulmasında effektiv liderliyin, müasir düşüncə tərzinin və institusional mühitin rolu vurğulanıb.
Beşinci sessiya “Dayanıqlı, çevik və qabaqlayıcı dövlət institutları üçün regional həllər” mövzusuna həsr olunub. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentini, Harvard Universitetini, “Oxford Insights”ı, Cənubi Afrikanı, Karib Hövzəsi İdarəetmənin İnkişafı Mərkəzini təmsil edən nümayəndələr idarəetmə sahəsində tətbiq olunan innovativ təcrübələri və onların nəticələrini təqdim ediblər. Sessiya çərçivəsində uğurlu təcrübələrin müxtəlif ölkə və regionlarda tətbiqi imkanları, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün regional əməkdaşlığın genişləndirilməsi, eləcə də dövlət institutlarının gözlənilməz çağırışlara hazırlığının artırılması məsələləri müzakirə olunub.
Altıncı sessiya “Ölkələrin innovativ təcrübələri: nələr işləyir, niyə və hansı miqyasda?” mövzusuna həsr olunub. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını, Afrika İttifaqını, Yunanıstanı, Özbəkistanı, Dominikan Respublikasını, Seyşel adalarını təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyində uğurlu innovativ təcrübələr, islahatların konkret nəticələrə çevrilməsi və bu təcrübələrin digər ölkələrdə tətbiqi imkanları müzakirə olunub. Eyni zamanda, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq, institusional potensialı gücləndirmək və gələcək çağırışlara hazırlığı artırmaq üçün effektiv idarəetmə mexanizmləri və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Yeddinci sessiyada “İnnovasiyalara baxış: süni intellekt və dövlət idarəçiliyinin gələcəyi” mövzusunda müzakirələr baş tutub. Qazaxıstanı, “Oxford Insights”ı, Zimbabveni və “GenAI Works” şirkətini təmin edən nümayəndələrin iştirakı ilə süni intellekt və texnologiyaların dövlət idarəçiliyində tətbiqi, innovativ həllərin genişmiqyaslı tətbiqinə keçid və bu istiqamətdə zəruri infrastrukturun, məlumatların idarə edilməsinin və kadr potensialının inkişafı məsələləri müzakirə edilib.
İlk günün sessiyalarının sonunda iştirakçılarla interaktiv fikir mübadiləsi aparılıb. Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində
07 İyul 2025 12:20
“ASAN xidmət”in innovasiyaları BMT tədbirində
07 Sentyabr 2026 14:36
“ASAN xidmət”in innovasiyaları BMT nin Qazaxıstan tədbirində
02 İyul 2026 12:49
“ASAN xidmət”in və BMT nin Bakıda beynəlxalq sammiti başlayıb
05 Noyabr 2026 12:56
“ASAN xidmət”in “Yaşıl Qabaqcıl İdarəetmə” təqdimatı
15 Noyabr 2024 11:02
Baxış sayı:103
Bu xəbər 05 Noyabr 2026 19:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları