Icma.az
close
up
RU
“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

“ASAN xidmət” BMT nəşrində diqqət mərkəzində

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 iyul, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən “Azərbaycanda dövlət xidmətlərində texnologiyalar və sosial innovasiyalar” adlı nəşr dərc olunub. Dövlət xidmətləri sahəsi üzrə icmal xarakteri daşıyan nəşr qurumun müvafiq istiqamətləri üzrə fəaliyyət göstərən bölməsi tərəfindən 2022-2026-cı illər üzrə Fəaliyyət Planının icrası çərçivəsində hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, materialda agentliyin dövlət xidmətlərində uğurla tətbiq etdiyi “ASAN xidmət” modeli, “ASAN xidmət indeksi”, “ASAN müraciət” informasiya sistemi, ASAN Viza sistemi, dövlət xidmətlərinin təşkilində tətbiq olunan süni intellekt əsaslı həllər, Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi Sistemi və digər texnoloji həllər barədə ətraflı məlumat verilir.

Diqqətə çatdırılır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli dövlət xidmətlərinin təşkili sahəsində şəffaf, çevik və vətəndaş məmnunluğuna əsaslanan idarəçiliyin müasir nümunəsi kimi son illər ərzində beynəlxalq miqyasda geniş nüfuz qazanıb.

“ASAN xidmət” modeli region ölkələri üçün nümunəvi yanaşma kimi qiymətləndirilir. Modelin uğurunu təmin edən əsas amillər kimi güclü siyasi iradə, mərkəzləşdirilmiş idarəetmə, davamlı innovasiya və ictimai əks əlaqə mexanizmləri göstərilir.

Eyni zamanda, nəşrdə vurğulanır ki, “ASAN xidmət”in məqsədyönlü tətbiqi dövlət xidmətlərinin transformasiyası üçün yüksək potensiala malikdir və region ölkələri bu təcrübəni istifadə edərək dövlət xidmətləri sahəsində inklüziv, şəffaf və dayanıqlı idarəetmə sistemləri qura bilərlər.

Nəşrə keçid: https://repository.unescap.org/server/api/core/bitstreams/b4fc8ec3-facd-4a06-b92c-358a11445dc0/content

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri