ASCO nun sifarişi ilə inşa edilən tankerlər üzrə işlərin təxminən 40 faizi tamamlanıb
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) yerləşdirdiyi sifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda inşa edilən bir tankerdə işlərin 40 %-i, digər iki gəmi üzrə prosesin 35 %-i tamamlanıb.
Bu barədə Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata əsasən, maksimal sürəti 10 uzel, dedveyti 7 740 ton olacaq tankerlərin uzunluğu 141, eni 16,98, bortunun hündürlüyü 6 metr təşkil edəcək. Gəmilərin xüsusi konstruksiyası onların dayaz limanlara tam yüklə yanaşmasına imkan verəcək.
Tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksək təhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihə əsasında inşa olunur.
ASCO-nun sifarişi ilə indiyədək BGZ-də 4 ədəd tanker inşa edilərək təhvil verilib. Onlardan "Laçın" və "Kəlbəcər" neft və neft məhsulları, "Akademik Xoşbəxt Yusifzadə" və "Zəngilan" isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismar edilir. Hazırda inşası davam edən tankerlər də "Akademik Xoşbəxt Yusifzadə" və "Zəngilan" gəmiləri ilə eyni layihədəndir.
Oxunub 50
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 Yanvar 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















