ASCO nun sifarişi əsasında BGZ də tikilən tankerlər üzrə işlər davam edir
Icma.az bildirir, Milli.az portalına istinadən.
AZCON Holdinq şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi sifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda (BGZ) tikilən üç yeni tanker üzrə işlər davam edir.
Milli.Az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, hazırda həmin tankerlərdən birinin tikinti işlərinin təxminən 40%-i tamamlanıb. Digər iki gəmi üzrə prosesin 35%-i geridə qalıb.
Maksimal sürəti 10 uzel, dedveyti 7740 ton olacaq tankerlərin uzunluğu 141, eni 16.98, bortunun hündürlüyü 6 metr təşkil edəcək. Gəmilərin xüsusi konstruksiyası onların dayaz limanlara tam yüklə yanaşmasına imkan verəcək.
Tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksək təhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihə əsasında inşa olunur.
Qeyd edək ki, ASCO-nun sifarişi ilə indiyədək BGZ-də dörd ədəd tanker inşa edilərək təhvil verilib. Onlardan "Laçın" və "Kəlbəcər" neft və neft məhsulları, "Akademik Xoşbəxt Yusifzadə" və "Zəngilan" isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismar edilir. Hazırda inşası davam edən tankerlər də "Akademik Xoşbəxt Yusifzadə" və "Zəngilan" gəmiləri ilə eyni layihədəndir.
Milli.Az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 26 Yanvar 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















