ASCOnun “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora ilk səfərini tamamlayıb
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) ötən ilin oktyabr ayında aldığı sayca ikinci “Handysize” tipli “Murovdağ” gəmisi Kolumbiya və Ekvadora olan ilk səfərini uğurla tamamlayıb.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, gəmi hazırda Çilinin Tokopilla limanına doğru hərəkət edir, burada gübrə və ammonium nitrat yükünü anbarlarına yükləyəcək və daha sonra Braziliyanın Salvador limanına doğru yola düşəcək.
Bu nəhəng quru yük gəmisi ASCO-nun 2024-cü ilin mayında istifadəyə verdiyi ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi təxminən 38 000 ton yükgötürmə qabiliyyətinə (dedveytə) malikdir. Uzunluğu 179,9 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu isə 10,47 metrdir. Maksimum sürəti 15,7 uzel olan gəmi suya oturumunun optimal dizaynı sayəsində bir çox dayaz limanlara rahatlıqla daxil ola bilir.
2020-ci ildə Yaponiyada inşa edilmiş “Murovdağ” ekoloji baxımdan beynəlxalq standartlara cavab verir, yanacaq sərfində qənaətcilliyi ilə seçilir, müasir təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 11 Yanvar 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















