“Murovdağ” gəmisi Braziliya Mərakeş marşrutu üzrə səfərini uğurla başa çatdırıb
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AZCON Holding şirkətlərindən olan ASCO-nun "Handysize" tipli "Murovdağ" quru yük gəmisi Braziliya-Mərakeş marşrutu üzrə səfərini uğurla başa çatdırıb.
Milli.Az xəbər verir ki, gəmi aprelin 10-da Braziliyanın Maseyo limanından yola çıxaraq Atlantik okeanı üzərindən keçid edib və Mərakeşin Kasablanka limanına çatıb.
Səfər çərçivəsində "Murovdağ" 34 600 ton şəkər yükünü təyinat məntəqəsinə çatdırıb. Hazırda gəmi limanda lövbər dayanacağında yükboşaltma əməliyyatı üçün növbə gözləyir.
Məhdudiyyətsiz üzmə imkanlarına malik "Murovdağ" gəmisinin dedveyti 38 000 tondur. Gəminin uzunluğu 179,9, eni 30, suya oturumu 10,47 metrdir. Maksimum sürəti 15,7 düyün olan nəhəng quru yük gəmisi suya oturumunun əlverişli olması sayəsində bir çox dayaz limanlara maneəsiz daxil olmaq imkanına malikdir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 27 Aprel 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















