ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ 9 Reaper dronları göndərib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ hərbçiləri narkokartellərə qarşı mübarizəni gücləndirmək məqsədilə Kolumbiya və Ekvadora bir neçə MQ-9 Reaper zərbə PUA-sı göndərib.
Bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hərbçiləri MQ-9 Reaper dronlarını Afrikadakı bazalardan Cənubi Amerikaya köçürüblər. PUA-lardan Afrikada “Əş-Şəbab” qruplaşmasına qarşı əməliyyatlarda istifadə olunub.
“The New York Times”ın məlumatına görə, bir MQ-9 Reaperin qiyməti 50 milyon dollara çata bilər.
Qəzet yazır ki, Kolumbiya və Ekvador ABŞ-la öz ərazilərində birgə əməliyyatlar həyata keçirməyə razılıq verən ölkələr sırasındadır. Ekvadorun müdafiə naziri Gian Carlo Loffredo isə daha əvvəl iki Reaper dronunun ölkəyə verildiyini və onların artıq Ekvador hava məkanında fəaliyyət göstərdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 06 Oktyabr 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















