Icma.az
close
up
RU
aşinyanın impiçmenti seçki prosesini tezləşdirə bilər

aşinyanın impiçmenti seçki prosesini tezləşdirə bilər

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İndiki mərhələdə parlament seçkilərinin növbədənkənar keçirilməsi Paşinyanın maraqlarına cavab verir


Hazırda Ermənistan cəmiyyətində və siyasi sistemində baş verən proseslər ölkənin gələcək kursunu müəyyən edəcək həlledici mərhələyə daxil olduğunu göstərir. Siyasi qarşıdurmaların kəskinləşməsi, daxili parçalanma və xarici təsirlərin artması fonunda 2026-cı il parlament seçkiləri təkcə hakimiyyətin dəyişməsi deyil, həm də Ermənistanın geosiyasi yönünün seçilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu günlərdə isə ölkə daxilində gərginliyi daha da artıran yeni bir təşəbbüs gündəmə gəlib: Ermənistan parlamentində müxalifət baş nazir Nikol Paşinyanın impiçmenti üçün tələb olunan səslərin demək olar ki, hamısını toplayıb. “Şərəfim var” partiyasının lideri Hayk Mamicanyanın verdiyi məlumata görə, artıq 34 deputat impiçment təşəbbüsünə qoşulub və səsvermənin başlanması üçün cəmi iki imza çatmır. “Ermənistan” partiyasının bütün 28 üzvü də təşəbbüsə dəstək verib. Qanunvericiliyə əsasən, impiçmentin baş tutması üçün 101 nəfərlik parlamentdə 54 deputatın lehinə səs verməsi tələb olunur. Bu dinamika ölkədə siyasi proseslərin sürətlə dəyişə biləcəyinə işarədir və qarşıdakı aylarda Ermənistanı daha mürəkkəb bir siyasi mənzərə gözləyir.


Politoloq Azad Məsiyev Sherg.az-a açıqlamasında Ermənistan cəmiyyətində hazırda ciddi təlatüm yaşandığını bildirib: 


"Ölkədə siyasi qarşıdurma getdikcə daha da gərginləşir. 2026-cı ildə keçiriləcək parlament seçkiləri fonunda, həm hakimiyyət, həm də müxalifət düşərgəsi bu prosesə ciddi şəkildə hazırlaşır. Cəmiyyətdəki qarşıdurmanın əsas səbəblərindən biri, erməni diasporunun Rusiya və Qərb qanadları arasında yaranmış fikir ayrılığıdır. Bu qarşıdurmanın mərkəzində duran sual isə belədir: “Ermənistanın gələcək taleyi hansı qütbün təsiri altında formalaşacaq?” Tarixən Ermənistan heç vaxt tam müstəqil və suveren siyasət yürüdə bilməyib. Müxtəlif dövrlərdə böyük güclərin-istər Rusiya, istərsə də Qərb dairələrinin təsiri altında olaraq, regionda öz maraqları naminə istifadə olunan bir alətə çevrilib. Uzun illər Rusiya orbitində olan Ermənistan bu gün isə Qərbin, xüsusilə ABŞ-nin təsirinə düşüb. Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Qərbə inteqrasiya siyasəti yürütməyə çalışır və bu da ölkə daxilində parçalanmaya səbəb olur. Erməni cəmiyyətində və siyasi elitasında hazırda "Sorosçular" adlandırılan qrupun güclü təsiri hiss olunur. Bu qrup əsasən Qərb institutları ilə əlaqəli olub, dövlət strukturlarında mühüm mövqeləri tutur. Bu səbəbdən də Rusiyaya yaxın düşərgənin cəmiyyətdəki gücü zəif görünür. 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi siyasi dinamika dəyişə bilər. Müxalifət Paşinyanın nüfuzuna zərbə vurmaq üçün təbliğat mexanizmlərini işə salmağa çalışır. Lakin indiki mərhələdə parlament seçkilərinin növbədənkənar keçirilməsi daha çox Paşinyanın maraqlarına cavab verir. Çünki hazırda bütün inzibati resurslar və struktur imkanlar hakim komandanın nəzarətindədir. Bu isə seçkilərin nəticələrinə təsir etmək potensialını artırır. Hakimiyyət daxilində də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirlər mövcuddur". 


Ekspert qeyd edib ki, əgər Paşinyanın impiçment məsələsi gündəmə gətirilərsə və parlament bu istiqamətdə qərar qəbul edərsə, bu, seçki prosesini daha da tezləşdirə bilər:

"Lakin bütün bu daxili proseslərdən asılı olmayaraq, Ermənistan bölgədə dəyişən geosiyasi reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Azərbaycanın yaratdığı yeni reallıq-2020-ci ildən sonra formalaşan təhlükəsizlik və əməkdaşlıq şərtləri regionda əsas amilə çevrilib. Ermənistan, qonşuları ilə dinc və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istəyirsə, ilk növbədə konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina etməlidir. Əgər erməni xalqı hələ də köhnə təfəkkür tərzindən əl çəkməsə, bu, yalnız Ermənistanın təcrid olunmasına və daha ağır nəticələrlə üzləşməsinə səbəb olacaq. Qarşı tərəf bunu dərk etməli və Azərbaycanın yaratdığı reallıqlarla hesablaşmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri