Azərbaycanda inzibati bölgülər dəyişdirilir? “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Uzun illər çar Rusiyası, daha sonra isə sovet hakimiyyəti dövründə türk xalqlarının yaşadığı ərazilərin inzibati bölgüsündə rus mənşəli terminlərdən istifadə olunub. Postsovet dövründə isə müstəqillik qazanan türk dövlətləri öz tarixi köklərinə qayıtmağa, inzibati bölgülərdə tarixi türk anlayışlarından istifadə etməyi hədəfə alıblar. Bu baxımdan, Qırğızıstan ilk addım ataraq inzibati-ərazi bölgüsündə “aymaq” (oymaq) anlayışının tətbiqinin gündəmə gəlməsi təqdirəlayiqdir.
Bəs Azərbaycanda da mövcud inzibati-ərazi bölgüsünə yenidən baxılması, tarixi, milli sözlərlə alternativ bölgü vahidlərinin tətbiqi mümkündürmü?
Mövzu ilə əlaqədar millət vəkili Hikmət Babaoğlu Bizim.Media-ya bildirdi ki, “rayon” sözünü milli-tarixi köklərimizə daha yaxın olan bir terminlə əvəz etmək məqsədəuyğun olardı:
Tarixi türk anlayışları müasir idarəçilikdə
“Azərbaycan dilinin saflaşdırılması məqsədilə arxaik sözlərimizin yenidən dilimizə qaytarılması məsələsi prezident İlham Əliyev tərəfindən daim gündəmə gətirilir və aktuallaşdırılır. Dövlət başçısı Milli Elmlər Akademiyasının yubiley tədbirindəki çıxışı zamanı vurğuladı ki, əgər dilimizdə qədimdən mövcud olan söz varsa, onu müasir və ya alınma sözlərlə əvəz etməyə ehtiyac yoxdur. Bu baxımdan, Azərbaycanın inzibati ərazi vahidlərinin adlandırılmasında “rayon” termininin əvəzinə “oymaq” sözü kimi qədimi sözün işlədilməsi dilimizə qayıdış baxımından müsbət addım olardı”.
Azərbaycanın qədim dövlətçilik tarixinə malik olduğuna diqqət çəkən millət vəkili qeyd etdi ki, tarixin müxtəlif dövrlərində inzibati və ərazi vahidlərini ifadə etmək üçün “el”, “oba” kimi sözlərdən istifadə olunub:
Ərazi bölgüsündə türkçülük
“Bu gün də türk dilində “il” bölgüsü var, bizim “el” deməkdir. Bizdə də həmişə “Qarabağ elləri”, “Şirvan elləri”, “Gəncəbasar eli” kimi ifadələrdə “el” sözü müəyyən ərazini və həmin ərazidə yaşayan insanları ifadə edir. Bu nümunələr dilimizin tarixi zənginliyini və qədim inzibati-ərazi anlayışlarını özündə yaşadır. Müasir dövrdə işlədilən rus, fars sözləri olan “rayon”, “vilayət” və “əyalət” kimi terminlərin əvəzinə milli dilimizin imkanlarından yararlanmaq məsələsi diqqətlə araşdırılmalıdır”.
H.Babaoğu əlavə etdi ki, müvafiq qurumlar bu məsələni araşdırmalı, qədim sözlərin müasir hüquq sistemində və rəsmi terminologiyada istifadəsi imkanlarını nəzərdən keçirməlidirlər. Bununla həm dilimizin tarixi qatlarını qoruyar, həm də milli leksikonumuzu zənginləşdirərik.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 29 Oktyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















