Asiya fond bazarları həftəyə enişlə başlayıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Asiya-Sakit okean regionunun aparıcı fond indeksləri həftənin ilk ticarət gününə əsasən mənfi dinamika ilə başlayıb.
“APA-Economics" xəbər verir ki, Yaponiyanın Nikkei 225 indeksi 1,69% və ya 1 160,66 bənd azalaraq 67397,87 bəndə düşüb. Ölkənin daha geniş bazar göstəricisi olan “TOPIX” isə 0,54% və ya 21,91 bənd geriləyərək 4 014,17 bənd təşkil edib.
Honq-Konqun Hang Seng indeksi 0,14% azalaraq 24 140,92 bəndə, Çinin CSI 300 indeksi isə 1,34% enərək 4 716,67 bəndə düşüb.
Avstraliyanın “S&P/ASX 200” indeksi də 0,17% azalaraq 8790,80 bənd səviyyəsində qərarlaşıb.
Bununla yanaşı, “MSCI AC Asia Pacific” indeksi 0,81% artaraq 271,38 bəndə yüksəlib.
Bazar iştirakçıları ABŞ-da faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə qala biləcəyi ilə bağlı gözləntiləri, həmçinin qlobal ticarət siyasəti və geosiyasi riskləri qiymətləndirdikləri üçün Asiya fond bazarlarında satışlar üstünlük təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 13 İyul 2026 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















