Icma.az
close
up
RU
Asiya İnkişaf Bankı Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir

Asiya İnkişaf Bankı Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın prezidenti Masato Kanda ilə görüşüb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu, bankın prezidenti Kandanın Azərbaycana ilk rəsmi səfəridir.

Nazir Sahil Babayev AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişaf və regional liderlik hədəflərinə doğru irəliləyir və bu prosesdə beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Nazir AİB ilə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirərək kreditlər, qrantlar və texniki yardım vasitəsilə həyata keçirilən birgə təşəbbüslərin ölkəmizin inkişaf gündəliyinə əhəmiyyətli töhfə verdiyini bildirib.

Azərbaycanın cari iqtisadi vəziyyəti və makroiqtisadi göstəriciləri barədə məlumat verən S.Babayev bildirib ki, ölkə iqtisadiyyatında və xüsusilə qeyri-neft sektorunda müsbət inkişaf dinamikası müşahidə olunur, strateji valyuta ehtiyatları yüksək səviyyədədir və dövlət borcu kifayət qədər aşağı həddədir.

Görüşdə AİB-in 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlığı Strategiyası da diqqət mərkəzində olub. Yeni strategiya iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı, iqlim dayanıqlığının artırılması, rəqəmsal və yaşıl transformasiya, eləcə də özəl sektorun gücləndirilməsi kimi prioritetləri əhatə edir.

Tərəflər Bakı Metropoliteninin genişləndirilməsi, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun, içməli su təchizatının, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrdə, eləcə də dəmir yolu infrastrukturunun modernləşdirilməsi, dövlət–özəl tərəfdaşlığı layihələri və regional əlaqəlilik təşəbbüsləri daxil olmaqla əsas prioritet əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr aparıblar. Bu çərçivədə AİB-in Orta Dəhliz və Yaşıl Enerji Dəhlizi kimi strateji regional layihələrə inteqrasiyası da diqqət mərkəzində olub.

Görüş zamanı Azərbaycanın AİB-in yoxsulluğun azaldılması və həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə əsasən aşağı gəlirli ölkələrə dəstək göstərən Asiya İnkişaf Fonduna (AİF) 2021-ci ildən etibarən verdiyi töhfələr yüksək qiymətləndirilib. Vurğulanıb ki, bu dəstək Azərbaycanın ən az inkişaf etmiş ölkələrlə həmrəylik siyasətinin və inklüziv regional inkişafın təşviqinə verdiyi önəmin göstəricisidir.

Prezident Masato Kanda bildirib ki, AİB Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir və ölkənin inkişaf prioritetlərini dəstəkləməyə, o cümlədən regional əlaqəlilik, rəqəmsal transformasiya, su təsərrüfatı və dayanıqlı infrastruktur sahələrində əməkdaşlığı daha da genişləndirməyə hazırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri