Icma.az
close
up
RU
“Asiya ölkələri də Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir” ŞƏRH EDİLDİ

“Asiya ölkələri də Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir. Ölkəmiz bir çox tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır". Bu sözləri SİA-ya açıqlamasında deputat Könül Nurullayeva deyib.

O bildirib ki, Azərbaycan öz iqtisadi, siyasi, diplomatik və hərbi potensialını birləşdirərək ötən illər ərzində yaratdığı imkan və üstünlükləri sayəsində ərazi bütövlüyünü təmin etməyi bacarıb və bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu gücü sayılır: "Coğrafi baxımdan regiondan uzaqda yerləşən Vyetnam da Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Ötən həftə ölkəmizə dövlət səfəri edən Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Bakıda keçirdiyi rəsmi görüşlərdə ikitərəfli əlaqələrdə yeni mərhələnin əsası qoyuldu. Səfər çərçivəsində tərəflər enerji, ticarət, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar. Ənənəvi enerji sahəsindəki əməkdaşlıqdan əlavə, hər iki ölkə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür.

Vyetnamda da hesab edirlər ki, Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağı olması logistika, dəniz və dəmir yolu daşımaları, aviasiya və bərpaolunan enerji sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır. Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinə və nəqliyyat əlaqəliliyinin artırılmasına qarşılıqlı maraq nümayiş etdirir.

Bakı və Hanoy həmçinin müdafiə sənayesi sahəsində perspektivləri dəyərləndirəcək. Nəzərə alsaq ki, hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Prezident İlham Əliuevin də söylədiyi kimi, burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Vyetnamla Azərbaycan həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Belə ki, BMT Təhlükəsizlik Şurasında sözügedən ölkə Azərbyacan çox ciddi dəstək nümayiş etdirdi. Eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində də uğurlu birgə fəaliyyət davam edir. Ən vacibi – Bakı ilə Hanoy hər zaman bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib".

"Tərəflər həmçinin humanitar sahədə də əməkdaşlığı genişləndirir. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində də effektiv görüşlər keçirildi. Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf etdirilir" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri