Asiya İnkişaf Bankı ilə prioritet enerji layihələri üzrə əməkdaşlıq müzakirə edilib
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Energetika naziri Pərviz Şahbazovla Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə direktoru xanım Sunniya Durrani-Camal arasında görüş olub.
Newscenter.az xəbər verir ki, görüşdə Asiya İnkişaf Bankı ilə enerji sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Bərpa olunan enerji sahəsində, xüsusilə günəş enerjisi və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələrində Bankın dəstəyi yüksək qiymətləndirilib. Enerji gündəliyinin prioritet məsələləri müzakirə edilib. Azərbaycanla Qazaxıstan və Özbəkistanı əlaqələndirən “yaşıl enerji” infrastrukturu, habelə fiber-optik komponent (FOC), dəniz külək enerjisinin istehsalı və ötürülməsi, habelə sahil infrastrukturunun qurulması ilə bağlı görülən işlər və qarşıdakı planlar diqqətə çatdırılıb. Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı üç ölkənin və ADB-nin iştirakı ilə planlaşdırılan görüşdən bəhs edilib.
Söhbət zamanı Bankla kiçik həcmli bərpa olunan enerji layihələri, şəbəkənin təkmilləşdirilməsi də daxil olmaqla bir çox istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib. Həmçinin istilik təchizatı sektorunun dekarbonizasiyası layihəsi üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Bundan başqa, təbii qaz sektorunda müşahidə olunan inkişaf tendensiyaları və Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə olunub
13 Mart 2025 16:55
Asiya İnkişaf Bankı ölkəmizlə fəal əməkdaşlıq edir
25 Aprel 2025 11:15
Asiya İnkişaf Bankı ilə əməkdaşlıq genişlənir: Yeni layihələr müzakirə olundu
03 İyun 2025 19:04
ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
25 Fevral 2025 15:17
Asiya İnkişaf Bankı ilə sahil infrastrukturunun qurulması və təbii qaz sahəsində əməkdaşlıq müzakirə edilib
04 İyun 2025 19:18
Baxış sayı:127
Bu xəbər 13 Mart 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















