Asiya Kuboku 2032 ci ildən etibarən yeni formatda keçiriləcək
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Asiya Futbol Konfederasiyası (AFC) Asiya Kubokunun keçirilmə formatını dəyişib. Yeni qərara əsasən, turnir bundan sonra cüt illərdə təşkil olunacaq.
XQ xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
2027-ci il Asiya Kuboku hazırkı təqvim üzrə sonuncu yarış olacaq. Növbəti turnirin 2032-ci ildə keçirilməsi planlaşdırılır. Yarışın ev sahibi hələ müəyyənləşməyib.
Dəyişikliyin səbəblərindən biri AFC rəhbərliyinə seçkilərin turnirin təqvimi ilə uyğunlaşdırılmasıdır. Yeni sistemə əsasən, konfederasiyanın seçki dövrü Asiya Kubokunun keçirilmə dövrü ilə əlaqələndiriləcək.
AFC prezidentinə növbəti seçkilər 2027-ci ildə keçiriləcək. Seçilən şəxslər 2028-ci il yanvarın 1-dən vəzifələrinin icrasına başlayacaq və 2032-ci ilə qədər fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, 2027-ci il Asiya Kuboku yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında təşkil olunacaq. Turnirdə 24 milli komanda iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 23 Oktyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















