Almaniyanın 30 dək şəhərində nümayiş və aksiyalar gözlənilir
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Berlin, 30 oktyabr, AZƏRTAC
Almaniyanın 30-dək şəhərində oktyabrın 31-də etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, gənclər məktəblərə daha çox maliyyə ayrılması, yaşayış xərclərinin azaldılması, məcburi hərbi xidmətə qarşı çıxılması, iqlimin qorunması və fundamental hüquqların müdafiəsini tələb edirlər.
Son həftələr Fransa, İtaliya və digər Avropa ölkələrində keçirilən etirazların bəzilərinin zorakılıqla nəticələnməsi Almaniyada da təhlükəsizlik narahatlıqlarını artırıb. Bununla belə, Almaniya təhlükəsizlik qurumları indiyədək nümayişlərdə zorakılığa dair konkret çağırışların olmadığını bildirirlər.
Təşkilatçılar aksiyaların dinc xarakter daşıyacağını bəyan edirlər. Bununla yanaşı, hərəkatın təşkilati strukturunun qeyri-müəyyənliyi və müxtəlif radikal qrupların etirazlara qoşulma ehtimalı müzakirə olunur. Almaniyanın ticarət birlikləri isə mümkün blokadalar və mağazalara ziyan vurulması riskindən narahatdır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Oktyabr 2026 07:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















