Asiya Kubokunun mükafatçıları ilə görüş
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev İraqın Süleymaniyə şəhərində keçirilmiş kamandan oxatma üzrə Asiya Kubokunun II mərhələsinin qalibləri ilə görüşüb.
Görüşdə Anar Quliyev idmançıları uğurlu çıxışları münasibətilə təbrik edib, onların hazırlığında və yüksək nəticələrin əldə olunmasında məşqçi heyətinin əməyini qeyd edib. O, Asiya Kubokunda ilk dəfə iştirak edən Azərbaycan yığmasının birincilik qazanmasını yüksək dəyərləndirib.
Söhbət zamanı qarşıdakı beynəlxalq yarışlara, o cümlədən Olimpiya Oyunlarına hazırlıq, məşq prosesinin təkmilləşdirilməsi və idmançıların peşəkar inkişafı üçün şəraitin yaradılması məsələlərinə xüsusi diqqət yetirilib.
Qeyd edək ki, kamandan oxatma üzrə Asiya Kubokunun II mərhələsi 24-29 oktyabr tarixlərində 19 ölkədən 120 idmançının iştirakı ilə keçirilib. Qadınlardan ibarət Azərbaycan yığması finalda Qazaxıstan komandasına qalib gəlib, qarışıq komanda yarışlarında isə təmsilçilərimiz ikinci yeri tutublar.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 05 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















