Icma.az
close
up
RU
“Bu gün yolumu başa vururam” Kriştianu Ronaldu millidən getdiyini AÇIQLADI VİDEO

“Bu gün yolumu başa vururam” Kriştianu Ronaldu millidən getdiyini AÇIQLADI VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu yığmadakı çıxışını başa vurduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşdığı vida videosunda bildirib.

O, milli komandanın 7 nömrəli formasını gələcək nəslə təhvil verməyin vaxtının çatdığını vurğulayıb.

“Bu, asan qərar olmadı. Çünki bəzi qərarlar yalnız ağılla deyil, həm də ürəklə verilir. 2003-cü ilin avqustunda başlayan və həyatımı əbədi dəyişən bir yol başa çatır”, – deyə Ronaldu bildirib.

Portuqaliyalı ulduz milli komandada keçirdiyi 23 il ərzində qazandığı uğurlardan, yaşadığı çətinliklərdən və komanda yoldaşlarından söz açıb. O, bu müddətdə Portuqaliyanı təmsil etməkdən həmişə qürur duyduğunu qeyd edib.

Ronaldu ailəsinə, məşqçilərə, komanda yoldaşlarına və milli komandanın fəaliyyətində iştirak edən bütün əməkdaşlara təşəkkür edib.

“Bu gün milli komandanın heyətində meydana çıxdığım yolumu başa vururam. Başımı dik tutaraq, keçdiyim yolla fəxr edərək və Portuqaliya üçün əlimdən gələni etdiyimi bilərək ayrılıram. Amma heç vaxt sizlərdən biri olmaqdan vaz keçməyəcəyəm”, – deyə futbolçu əlavə edib.

O, vida müraciətini “7 nömrəli forma qalır. Onu geyinmiş olmağın qüruru isə həmişə mənimlə olacaq. Portuqaliya hər zaman qəlbimdə olacaq” sözləri ilə yekunlaşdırıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003-cü ilin avqustunda Portuqaliya millisində debüt edib. O, yığmanın heyətində 234 oyun keçirib və 143 qol vurub. Futbolçu Portuqaliya ilə 2016-cı ildə Avropa çempionatının, 2019-cu ildə isə UEFA Millətlər Liqasının qalibi olub.

View this post on Instagram

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Noyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri