Icma.az
close
up
RU
ASK nın Turizm komissiyasının toplantısı keçirilib FOTOLAR

ASK nın Turizm komissiyasının toplantısı keçirilib FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən Turizm komissiyasının  növbəti toplantısı keçirilib. 
Demokrat.az
xəbər verir ki,  İçərişəhərdə yerləşən “Sheker Bura Sweet house & Restaurant”da səhər yeməyi masası ətrafında baş tutan görüşdə Azərbaycanda fəaliyyət göstərən turizm təşkilatlarının təmsilçiləri iştirak edib. 
ASK-nin Turizm komissiyasının sədri Ruslan Quliyev təmsil etdiyi qurumun bu ilin 10 ayında gördüyü işlər, həyata keçirdiyi layihələrlə bağlı məlumat verib. 
Komissiya sədri bildirib ki, ASK özü 50-dən çox ölkədə analoji strukturlarla əməkdaşlıq edir və 25 ölkədə nümayəndəliyə malikdir. Ölkədə daxilində isə dövlət-biznes dialoqunda mühüm yer tutan bir qurumdur. 
Ruslan Quliyevin sözlərinə görə, Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən bir çox ictimai təşkilatların rəhbərləri Turizm komissiyasının üzvüdür. Bu, turizm sahəsində düzgün analizlərin aparılmasına, bu sahədəki mövcud nöqsanların aşkarlanmasına və hökumətə lazımi tövsiyələrin hazırlanıb çatdırılmasına şərait yaradır. Komissiya üzvləri aktiv şəkildə beynəlxalq və yerli tədbirlərdə, seminar, konfrans və təlim proqramlarında iştirak edirlər. O da qeyd olunub ki, bu ilin iyun ayında Qazaxıstanın Almatı şəhərində ALZ Qrupun təşkilatçılığı ilə, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının tərəfdaş olduğu Beynəlxalq Tibbi Turizm Sərgisi keçirilib. Sərgidə Azərbaycan sağlamlıq turizm sektorunu Assosiasiyanın İdarə Heyəti təmsil edib. Həmçinin “Aydin Partners”, “Palıd” şirkətlər qrupu və “OKİ Qusar hospital” kimi təşkilat üzvləri də Azərbaycanı təmsil edən qurumlar sırasında yer alıb. 
Bildirilib ki, iyulda Lefkoşada Kipr Türk Ticarət Odasının ev sahibliyi ilə Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) üzvləri və iş dünyasının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Toplantıya Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan iş dünyasının nümayəndələri qatılıblar. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və TCCI prezidenti Məmməd Musayev tədbirdə çıxış edib. 
Daha sonra diqqətə çatdırılıb ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizi “ALZ İnternational” tərəfindən təşkil edilən Frankfurt Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində təmsil edib. Bu tədbir Türkiyə Respublikası Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər” siyahısına daxildir. Sərgidə Azərbaycanın müalicəvi turizm mərkəzləri – Naxçıvandakı Duzdağ, Naftalan, Şabran, Lənkəran İstisu, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizm potensialı geniş formatda təqdim olunub. Burada Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası milli stendlə təmsil olunmaqla, Azərbaycanın müalicəvi və termal turizm sahəsində potensialını beynəlxalq auditoriyaya tanıdıb, həmçinin xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını müzakirə edib.
Sərgi çərçivəsində "DeatchMedic" şirkəti ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası arasında tibbi turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığın əsas istiqamətlərini və qarşılıqlı əlaqə mexanizmlərini müəyyənləşdirməkdir. 
ASK-nın Turizm komissiyası ölkə daxilində də müxtəlif layihələrin reallaşdırılmasında yaxından iştirak edib. Il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun Zəngilan və Ağdərə bölgələrinə Dövlət Turizm Agentliyinin dəstəyi ilə turizm şirkətlərinin və mətbuat nümayəndələrinin iştirakı ilə infotur təşkil olunub. Bundan başqa, DTA-nın təşkilatçılığı ilə Bakıda “Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət qurumlarının nümayəndələri, sahə üzrə yerli ekspertlər, sanatoriya, tibbi və rifah mərkəzlərindən nümayəndələr, o cümlədən Türkiyə, Macarıstan, Tayland, Böyük Britaniya, Çin, Almaniya kimi ölkələrdən mütəxəssislər olmaqla, ümumilikdə 250 nümayəndə iştirak edib. ASK-nın Turizm komissiyasının üzvləri həm infoturlarda, həm Sağlamlıq Turizmi Konfransında iştirak edib, tədbirlərin işinə töhfə veriblər.  
Bildirilib ki, Azərbaycan Respublikasının İqtisadi Şurasının 11 aprel 2025-ci il tarixli Qərarına əsasən, İqtisadi Şuranın tərkibində Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu yaradılıb. İşçi qrupuna Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov rəhbərlik edir. İşçi qrupun qarşısında sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması tapşırığı qoyulub. Diqqətə çatdırılıb ki, ASK-nın Turizm komissiyası bu İşçi qrupunun Alt komissiyasında təmsil olunur. İşçi qrupunun fəaliyyətinə uyğun olaraq Turizm komissiyası ölkənin turizm sektorunda mövcud olan problemləri, bu sahədə xidmət verən sahibkarların qarşısına çıxan çətinlik və maneələri araşdırıb, onların aradan qaldırılması istiqamətində təkliflər paketini İşçi qrupuna təqdim edir.  
ASK sədrinin müavini Vüqar Zeynalov bildirib ki, Türk Ticarət və Sənaye  Palataları Birliyinə bu il Azərbaycan sədrlik edir. Onun sözlərinə görə, ötən ilin dekabrında Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında quruma sədrlik Türkiyədən Azərbaycana - Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevə keçib. Qeyd edilib ki, Türk Ticarət və Sənaye Palataları Birliyi 2019-cu ilin mayında Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müvafiq işəgötürənlər təşkilatlarının, o cümlədən ASK-nın dəstəyi ilə təsis edilib. Onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın ticarət-sənaye palataları daxildir. Macarıstan və Şimali Kiprin palataları bu qurumda müşahidəçi qismində iştirak edir. Birliyin əsas vəzifələri üzv ölkələr arasında mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində qarşılıqlı yardım kimi məsələlərdən ibarətdir.
Toplantıda daha sonra “Skal Baku” klubunun rəhbəri Ceyhun Aşurov, Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov və digər iştirakçılar çıxış edərək ölkədə turizmin inkişafını ləngidən səbəblərdən danışıb, mövcud problemlərin həlli istiqamətində görüləsi işlər barədə təkliflərini səsləndiriblər. 





Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Noyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri