Icma.az
close
up
RU
“Gənc Turizm Liderləri 3” düşərgəsi keçirilib FOTOLAR

“Gənc Turizm Liderləri 3” düşərgəsi keçirilib FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tərəfdaşlığı ilə Quba şəhəri Quba idman, istirahət, təlim və tədris kompleksində “Gənc Turizm Liderləri-3” adlı düşərgə keçirilib.

"Unikal" xəbər verir ki, 4 gün davam edən düşərgənin keçirilməsində məqsəd “Əylənərək Öyrənirik” metodu əsasında gənclərin qeyri-formal təhsil alətləri ilə turizm sahəsində bilik və bacarıqlarını formalaşdırmaq, onların innovativ düşüncə və liderlik keyfiyyətlərini artırmaqdır.

Düşərgə Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri çıxış edərək düşərgənin əhəmiyyətindən, turizm sahəsində gənclərin fəal iştirakından və onların gələcəkdə milli turizm siyasətində oynayacaqları roldan bəhs ediblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli İsgəndərli çıxışı zamanı gənclərin liderlik keyfiyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, bu cür layihələrin gənclərin şəxsi inkişafına, təşəbbüskarlığının artırılmasına və gələcək karyera yollarında uğur qazanmasına mühüm təsir göstərdiyini qeyd edib.

Dövlət Turizm Agentliyinin sektor müdiri Günay Fərzəliyeva turizm sahəsində gənclər üçün mövcud imkanlar, yeniliklər və perspektivlər barədə ətraflı məlumat verib. O, tələbələri turizm sektorunda daha aktiv olmağa, innovativ ideyalar irəli sürməyə və gələcək fəaliyyətlərində peşəkar yanaşma nümayiş etdirməyə çağırıb.

ATMU-nun Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva düşərgənin təşkilati prosesində fəal iştirak edərək iştirakçıların daha səmərəli və motivasiyalı şəkildə fəaliyyət göstərməsinə dəstək olub.

Tədbirdə çıxış edən digər qonaqlar da bu cür layihələrin turizm sahəsində peşəkar və təşəbbüskar gənc nəslin formalaşmasına dəstək xarateri daşıdığını vurğulayıblar. 

Layihə çərçivəsində tələbələr təlimlər, master-klasslar, şəhər turları, komanda oyunları və turizm mövzusunda sessiyalarla fəallığı və təşəbbüskarlığı ilə seçiliblər. Universitetin gəncləri turizm sahəsində bilik və bacarıqlarını nümayiş etdirərək layihəyə xüsusi rəng qatıblar. Təlim və komanda fəaliyyətlərində aktiv iştirak edən tələbələr liderlik keyfiyyətləri ilə diqqət çəkiblər. Eyni zamanda, gənclər sektorda çalışan peşəkarlarla tanış olaraq gələcək karyeraları üçün faydalı əlaqələr qurublar.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 May 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri