Aslan Kərimov: Danimarkalıların Bakıda dominant futbol oynayacağını düşünmürəm
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Oyunla bağlı gözləntilərim pozitivdir. "Kopenhagen"in son oyununu izləmişəm. Çempionlar Liqasında zəif rəqib yoxdur, amma "Benfika" və ya digər rəqiblərlə müqayisədə "Kopenhagen"lə matçda "Qarabağ"ın daha üstün futbol sərgiləyəcəyini gözləyirəm". Bu sözləri Sport24.az-a açıqlamasında Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda evdə "Kopenhagen"ə qarşı keçirəcək matçla bağlı fikirlərini bölüşüb:
"Danimarkalıların Bakıda dominant futbol oynayacağını düşünmürəm. Leverkuzen "Bayer"i ilə oyunda "ikinci nömrə" kimi oynayırdılar və əks-hücumlara belə bağlamışdılar. Fikrimcə, Bakıda da eyni ssenari təkrarlanacaq. Əks-hücumlarda və standart vəziyyətlərdə təhlükəli olurlar. Ümumilikdə qol imkanlarımız olacaq. Sadəcə, bu epizodlardan nə qədər yararlana biləcəyik? Düşünürəm ki, cinahdakı futbolçularla "Kopenhagen"in müdafiəsini yara biləcəyik".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" qarşılaşması oktyabrın 1-də baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüşün start fiti 20:45-də səslənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 30 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















