Aslan Kərimov: Santuş niyə də qalıb işləməsin?
"Uğursuzluğumuz və futbolçularımızın son oyunlarda göstərdiyi performansın səbəbkarı Fernandu Santuş deyil. Qısa zaman kəsiyində ondan böyük nailiyyət tələb etməyin mənası yoxdur."
Bu sözləri Sport24.az saytına açıqlamasında Aslan Kərimov mətbuatda yayılan millimizin baş məşqçisi Fernandu Santuşun göndəriləcəyi məlumatı barədə danışarkən deyib.
Futbol mütəxəssi sözlərinə görə, indiki halda Santuşun göndərilməsi əlavə xərc hesab edib:
Bunu əvvəlcədən düşünmək lazım idi ki, bəlkə Fernandu Santuşdansa başqa birisini dəvət etmək mümkün olardı. Santuş niyə də qalıb işləməsin? Mənim fikrimcə hələ qalıb işləməlidir. Baş məşqçini yola salsan bir ətək pul verməlisən. Hələ üstəlik yenisini gətirməlisən. Bu, əlavə xərcdən başqa bir şey deyil. Problem məşqçi olsaydı, istənilən məbləği ödəyib dəyişməklə uğur qazana bilərdik. Əsas səbəb Santuş deyil. Ona görə bu qədər xərcə düşmək mənasızdır.