Icma.az
close
up
RU
AŞPAnın insan hüquqları həyasızlığı: Xocalını “unutmaq”, separatçılara dəstək

AŞPAnın insan hüquqları həyasızlığı: Xocalını “unutmaq”, separatçılara dəstək

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin İrəvanda keçirilən iclası çərçivəsində Azərbaycanla bağlı müzakirə aparılıb. "

Bu barədə Milli Assambleyada keçirdiyi brifinqdə Milli Məclisin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin sədri, AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komissiyasının üzvü Vladimir Vardanyan məlumat verib.

Azərbaycanda saxlanılan erməni separatçılarla bağlı suala cavab verən deputat əmin edib ki, Ermənistan nümayəndə heyəti daim bu suallar qaldırır. 

“Biz gündəmi təyin edə bilmərik. Amma təbii ki, Ermənistanda müzakirələr zamanı biz bu məsələləri müzakirə etməkdən yayına bilmərik. Gündəlikdəki məsələlərdən biri Qarabağda hərbi əməliyyat nəticəsində yaranan hüquqi və humanitar nəticələr idi. 

Bizim bu məsələləri bağlı qapılar arxasında müzakirə etmək imkanımız oldu”, - Vardanyan bildirib. O qeyd edib ki, AŞPA mümkün olan hər şeyi edib:

“Biz AŞPA-dan daha çox tələb edə bilmərik. Bütün məsələlər gündəmdədir”. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndər "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin növbəti iclasının İrəvanda keçirilməsi qeyri-adi deyil: 

"İclas ildə bir dəfə üzv dövlətlərin hər hansı birində keçirilə bilər. Amma iclasın İrəvanda keçirilməsi və İrəvanın da bu vəziyyətdən istifadə edərək Azərbaycana böhtan atması Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin buna şərait yaratmasının nəticəsidir. 

Təbii ki, Ermənistan Azərbaycan həqiqətlərini inkar etmək, 30 illik işğalı gizlətmək üçün mümkün olan böhtanları atıb və atmağa da davam edəcək. Lakin həqiqət budur ki, Avropanın nüfuzlu təşkilatları, eləcə də AŞPA Azərbaycanın qələbəsini həzm etməyərək ölkəmizə qarşı böhtanlar səsləndirməklə, Ermənistan üçün mümkün dəstəyi göstərməklə məşğuldurlar. İstənilən halda heç bir şey Ermənistanın işğalçı dövlət olduğu həqiqətini dəyişmir. Bu işğalçı dövlət siyasətini gizlətmək olmaz”. 

O bildirib ki, Azərbaycanda cinayət törədib, Azərbaycan torpaqlarında həbs olunan erməni separatçılarına aman yoxdur:

“İnsan haqlarından danışaraq bu haqları təhqir edənlərə sual verilməlidir ki, Qərbi Azərbaycandan yüz minlərlə azərbaycalını qovan, azərbaycanlıların var-dövlətini əlindən alan, tarixi abidələrini məhv edənlər kimlərdir? Qarabağda 700 mindən çox əhalini yurdundan didərgin salan, mədəniyyət və dini abidələri məhv edən, Xocalı faciəsini törədən ermənilərdir. Bu qədər faciəni törədənlər insan haqlarından necə danışa bilər?" 

Anar İsgəndər qeyd edib ki, Azərbaycan haqqı bərpa etmək üçün savaşıb: 

"Xocalı faciəsini törədənlərin başında duran Zori Balayan öz kitabında 7 dəqiqə ərzində 13 yaşlı türk qızının dərisini soymasının həyatının ən xoş dəqiqələri olduğunu yazır. Bu insanladıqdırmı? Bu insanlara bəraət düşürmü? AŞPA-nın Ermənistanda keçirilən bu tədbiri Azərbaycanın əleyhinə olsa da, dövlətimizə təsir edə bilməz. Son olaraq keçirilən COP-29 tədbiri də bir daha Azərbaycanın hər istiqamətdə gücünü göstərdi. Azərbaycan uğurlu yolla irəliləyir, bu uğurun arxasında isə xalqımızı dəmir yumruğa çevirə bilən Ali Baş Komandan İlham Əliyev cənabları dayanır". 

"Cebheinfo.az"
 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri