Icma.az
close
up
RU
Ramin Musayevi unutmaq (?)

Ramin Musayevi unutmaq (?)

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Az əvvəl Ramin Musayevin “Futbol+”ə açıqlamasını oxudum:

“Final başqa məqsədlərə qulluq etməsə, şübhəsiz, “Qarabağ” “Sabah”a qalib gələcək. Söhbət mərd oyundan gedirsə, Masazır təmsilçisinin “Qarabağ” qarşısında şansı yoxdur. Dəvətə gəlincə, futbol tez unudulan sahədir. Dəvət almamışam, yəqin ki, etməzlər də. Nə edim, yaxşılar tez unudulur. Gərək insanlar səhər əl-üzünü yuyub güzgüyə baxanda vicdana gəlsin, getdikləri yolu kimin açdığını unutmasın. Düzü, dəvət gözləmirəm. Öz işimlə məşğulam. Qoyunlarım və etibarlı itlərim var. Onlarla zaman keçirirəm”.

Final haqda dediyi sözlər qalmaqal yarada bilər. Ancaq biz onu həmişə bu cür gözlənilməz fikirlərlə yadda saxlamışıq.
Məsələnin bu tərəfinə hələ heç bir qarşı reaksiya olmadığı və fikirlər sırf subyektiv olduğu üçün bundan artıq nəsə qeyd etmək lazımsızdır. Lakin, “Dəvət almamışam, yəqin ki, etməzlər də” ifadəsinə toxunmaq istədik. Nəinki istəmək, hətta bu vacibdir.

Musayev bütün səhvləri və düzləriylə ölkə futbolunda dərin izlər qoymuş adamdır. Uzun illər Peşəkar Futbol Liqasının prezidenti olmuş və bu sahədə kifayət qədər uğurlu fəaliyyət göstərmiş şəxsi ölkə əhəmiyyətli futbol tədbirlərinə dəvət etməmək böyük qəbahətdir.

Vaxtilə idman mətbuatında ən çox tənqid olunan şəxslərdən biri Ramin Musayev idi. Lakin haçansa eşitmədik ki, hansısa media mənsubunu məhkəməyə versin, hansısa yollarla ona təzyiq etsin. Əksinə, daim onu tənqid edənlərə açıq olub; səhv olarsa, etiraf edib, haqlı olduğunu bildiyi yerdə isə sonadək dirəniş göstərib.

Qalmaqalsız, səhvsiz funksioner yoxdur. Vaxtilə tənqid etdiyimiz Musayevin haqqında indi bu qeydi yazmağımıza səbəb onun insani keyfiyyətləri, mərdliyi və idmansevərliyidir. Onun “Neftçi”də idarəçi olduğu dövr də, PFL erası da ölkə futbolu üçün kifayət qədər faydalı, məhsuldar olub. Bunlar danılmaz faktdır.

Bununla ikinci dəfədir Musayev unutqanlıqdan şikayətlənir. Azərbaycan futbolunu idarə edənlər hələ də anlamırmı; dəyərlərinə sahib çıxılmayan yerdə heç bir ideya tumurcuqlamaz. Ramin Musayev kimi insanları unutmaq ciddi nöqsandır. Həm mənəvi, həm də peşəkarlıq kriteriyalarına sığmayan rəftardır. Bir az gözü/zehni açıq olun…

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri