Icma.az
close
up
RU
Aşqabadda beynəlxalq elmi konfrans keçirildi

Aşqabadda beynəlxalq elmi konfrans keçirildi

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Aşqabad şəhərində (Türkmənistan) Maxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova bütün iclas iştirakçılarını salamlayaraq Fondun prezidenti xanım Aktotı Raimkulovanın rəsmi təbrik məktubunu oxuyub: “Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Türkmənistanın Fondun müşahidəçi dövlət statusunda rəsmi olaraq qəbul edilməsi olduqca sevindirici haldır. Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fondu ailəsinin üzvü olmasından böyük şərəf duyuruq”.

Plenar iclasda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli (onlayn), Türkmənistanın YUNESKO üzrə Milli Komissiyasının məsul katibi, Türkmənistanın Qəhrəmanı, fəlsəfə elmləri namizədi Çınar Rüstemova çıxış edərək Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin türk dünyasının mənəvi və elmi irsində tutduğu əvəzsiz roldan danışıblar.

Konfrans 2 sessiyadan – “Mahmud Kaşğarinin“ Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” və “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin filologiyaya qazandırdığı töhfələr” ibarət olub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən qatılmış yüksək səviyyəli alimlərin iştirakı ilə Mahmud Kaşğarinin əsərinin filoloji və mədəni əhəmiyyəti, onun humanitar elmlərin inkişafında rolu, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi töhfə müzakirə olunub.

Eyni zamanda Aşqabad şəhərində (Türkmənistan) Məxdumqulu Türkmən Dövlət Universitetində isə Türk Mədəniyyəti və İrsi Fondu rərəfindən buraxılan Məxdumqulu Fəraqinin “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirilib.

tədbir Türk Mədəniyyəti və İrsi Fondunun Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası və Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutub.

Təqdimat mərasimində həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Elmi nəşrlər” şöbəsini müdiri Töhfə Talıbova (onlayn), Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Türkmənistanın Məxdumqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun baş direktoru Davud Orazsahedov çıxış edərək, Məxdumqulu Fəraqinin yaradıcılığının yalnız öz dövrünün deyil, həm də bütün türk dünyasının mənəvi-ədəbi simvoluna çevrildiyini, poeziyasında insanlıq, vətənpərvərlik, ədalət və birliyə çağırış kimi bəşəri dəyərləri tərənnüm etdiyini vurğulayıblar.

Tədbirdə Türkmənistanın mədəniyyət və elm qurumlarının nümayəndələri, Məxdumqulu Türkmən Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri, Türkmənistanda akkreditə olunmuş diplomatik korpusun üzvləri və KİV təmsilçilərinin iştirak ediblər.








Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Oktyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri