Icma.az
close
up
RU
Aşqabadda Səməd Vurğun sorağı

Aşqabadda Səməd Vurğun sorağı

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistan Dövlət Universitetində görkəmli söz ustadı, dramaturq, ictimai xadim, akademik, SSRİ Dövlət mükafatları laureatı, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkmənistan Dövlət Universitetinin rəhbərliyi, filologiya fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.

Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Səməd Vurğunun həyat və yaradıcılığı haqqında qısa məlumat verib.

Deyib ki, Səməd Vurğun bənzərsiz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynayıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Səməd Vurğun və Türk dünyası” mövzusunda məruzəsi dinlənilib.

Bildirilib ki, Azərbaycanın ədəbi fikir salnaməsində xüsusi yer tutan Səməd Vurğunun çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanır. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparıb, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər qələmə alıb.

Qeyd olunub ki, keçmişə ehtiram və gələcəyə inam S.Vurğunun yaradıcılığında xüsusi yer tutur. Ədibin əsərləri Türk respublikalarında da böyük rəğbətlə qarşılanıb, pyesləri uğurla səhnələşdirilib. S.Vurğunun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində parlaq səhifə təşkil edir.

Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü Hikmət Məmmədov “Səməd Vurğunun yaradıcılığında vətən mövzusu” adlı məruzəsində bildirib ki, Xalq şairinin ədəbi irsi əsasən ana yurdun tərənnümündən ibarətdir. Söz sənətkarının əsərləri bu gün də insanları öz vətənini sevməyə səsləyir.

“Azərbaycan və Türkmənistan ədəbi əlaqələrinin inkişafı, ədəbiyyat mübadiləsi" mövzusunda çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov ədəbiyyatın xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynadığını bildirib.

Tədbirdə bədii qiraətçi Hüseynağa Aslanov şairin poetik irsindən nümunələr səsləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 İyun 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri