Aşqabadda MDB İqtisadi Şurasının 111 ci iclası keçirilir
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 111-ci iclası Türkmənistanın paytaxtı Aşqabadda keçirilir.
XQ xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb.
İclasın gündəliyinə Birlik üzvü olan dövlətlər arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş 28 məsələ daxildir. Bunlardan 12-sinin MDB Hökumət Başçıları Şurasında daha sonra baxılması planlaşdırılır.
Xüsusilə, gündəliyə 2026-2030-cu illər üçün MDB ölkələri daxilində beynəlxalq daşımalarda nəqliyyat təhlükəsizliyinin təmin edilməsi strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planı, yüksək texnologiyalı sənaye sahələri üçün perspektivli materialların istehsalı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi konsepsiyası və onun həyata keçirilməsi məsələləri daxildir.
Həmçinin bir sıra sektoral əməkdaşlıq qurumlarının hesabatlarının və maliyyə məsələlərinin müzakirəsi planlaşdırılır.
MDB-nin baş katibi Sergey Lebedevin sözlərinə görə, iclasda təqdim olunan məsələlərlə bağlı ilkin müzakirələr zamanı tərəflər arasında razılıq əldə edilib. Qəbul ediləcək qərarların MDB daxilində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyi gözlənilir.
Baxış sayı:160
Bu xəbər 11 Sentyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















