Icma.az
close
up
RU
Aşqarlar Kimyası İnstitutu: Bu il dərc edilmiş məqalələrin sayı 52 olub AZƏRTAC

Aşqarlar Kimyası İnstitutu: Bu il dərc edilmiş məqalələrin sayı 52 olub AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının cari il üzrə sonuncu iclası keçirilib.

Bu barədə institutdan AZƏRTAC-a bildirilib.

Gündəlikdə duran məsələlər haqqında məlumat verən institutun icraçı direktoru professor Əfsun Sucayev vurğulayıb ki, artıq ənənəvi olaraq bu hesabat ilində də laboratoriya və elmi işçilərin fəaliyyətininin qiymətləndirilməsi aparılıb: “Artıq 6 ildir həyata keçirilən bu qiymətləndirmə istər laboratoriyaların, istərsə də işçilərin arasında sağlam rəqabət yaratdığı üçün bu proses ümumilikdə institutun elmi fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına səbəb olub. Bunun nəticəsidir ki, bu il çap olunmuş məqalələrin sayı 52 olub. Onlardan 36-sı xarici, 15-i respublika jurnallarının payına düşür. Ən əsası “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxil olan jurnallarda dərc edilən məqalələrin sayı artıb.

Ə.Sucayev bildirib ki, institutun H-indeksi “Web of Science” üzrə 24, “Scopus” üzrə 23, “Google Scholar” üzrə 30-a yüksəlib. İnstitutun H-indeksi 2023-cü il üzrə 18 olub. Onun sözlərinə görə, H-indeksi göstəricilərinə (“Google Scholar” və “Scopus” H-indeksləri) əsaslanaraq Azərbaycanda elmi məhsuldarlığın liderləri, eyni zamanda, 1000 araşdırıcı arasında Aşqarlar Kimyası İnstitutunun 11 aliminin adı reytinq siyahısına daxil edilib.

İclasda institutun 2025-ci il üçün elmi-tədqiqat işləri planı müzakirə edilərək təsdiqlənib. Həmçinin Fizioloji fəal üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçisi Nəzər Nəzərovun “Molekulda tiokarbamid fraqmenti saxlayan heterotsiklik birləşmələr” monoqrafiyasının çapa tövsiyə edilməsi haqqında qərar qəbul olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri