Aşqarlar Kimyası İnstitutunun keçirdiyi müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən gənclər arasında keçirilən “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, builki müsabiqə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə, “2025-ci il - Konstitusiya və Suverenlik İli”nə və institutun 60 illik yubileyinə həsr edilib.
Elmi müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev gənc alim və mütəxəssislərin qarşısında duran vəzifələrdən danışıb. O bildirib ki, gənclər bundan sonra elmi hərəkatın hərəkətverici qüvvəsinə çevrilməlidirlər. Belə müsabiqələrin keçirilməsində məqsəd də onları bu proseslərə həvəsləndirməkdir.
İnstitutun icraçı direktoru professor Əfsun Sucayev hər iki müsabiqə haqqında məlumat verərək qaliblərin seçim meyarlarının namizədlərin məruzə etdiyi mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və bu mövzuda dərc etdirdikləri elmi əsərlər və digər amillərdən ibarət olduğunu söyləyib.
O, “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçim zamanı ekspert dəyərləndirməsinin şəffaf aparıldığını vurğulayıb.
Ekspertlər Komissiyasının qərarı ilə son bir ildə elmi nailiyyətlərinə görə doktorant Rahib Qasımov “Akademik Əli Quliyev adına mükafat”a, kiçik elmi işçi Nərgis Məcdi “Ən yaxşı elmi məruzə” müsabiqəsinin I, magistr Nuridə Əkbərli II, dissertant Gülşən Qasımlı isə III yerə və kiçik elmi işçi Jalə Seyfiyeva həvəsləndirici mükafata layiq görülüblər.
Qaliblərə diplom və pul mükafatları təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 İyun 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















